İnsanın evliliyə hazır olub-olmadığını bundan bilin

Baxış sayı: 1. 349

Türkiyəli psixoloq Qani Eser gül-çiçək əkməklə iki insan arasındakı münasibətləri müqayisə edib.

“Gencaile.az” Publika.az-a istinadən xəbər verir ki, psixoloq bir insanın evliliyə hazır olub-olmadığını onun güllərə, bitkilərə olan münasibətindən öyrənmək olduğunu deyib. Onun sözlərinə görə, münasibətlər də çiçəklər kimi diqqət və qulluq tələb edir: “Çiçəklərə lazım olduğundan artıq su versək, solar və ya susuz qalsa, tez quruyar. İki insan arasındakı münasibət də eyni ilə bitkilər kimi həssasdır. Evinizdə, həyətinizdə dibçək var? Əgər yoxdursa, deməli, siz bu məsuliyyəti öz üzərinizə götürməyə hazır deyilsiniz.

Qani Eser çiçəklərə verilən sevginin təmənnasız olduğunu deyib: “Onlara göstərilən qayğı və diqqət saf, təmənnasız və qarşılıqsızdır. Məsələn, gülə qayğı göstərəndə, ona su verəndə, onunla söhbət edəndə ondan nə isə gözləmirik. Yetişdirdiyiniz bitkilər ona göstərilən qulluğun əvəzinə minnətdarlıq əlaməti olaraq çiçək açırlar”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir