hamile

Qadınlar daha çox yayda ana olmaq istəyirlər – ARAŞDIRMA

Baxış sayı: 1. 552
“The İndependent” yeni araşdırmaya istinadən yazır ki, qadınlar bir qayda olaraq dünyaya uşaq gətirmək üçün yaz-yay aylarını hədəfləyirlər.
ABŞ-da aparılmış araşdırma göstərib ki, anaların ilk uşaqları iyun-sentyabr ayında, noyabr-martla müqayisədə daha çox dünyaya gəlirlər.
Araşdırma hesabatında deyilir ki, gənc qadınlar və ələlxüsus da ABŞ-ın qışı sərt keçən yerlərində yaşayanlar uşaqlarını daha çox ilin ilk altı ayı ərzində dünyaya gətirməyə meyllənirlər.
hamile
“The İndependent” qəzetində dərc olunmuş məqalədə deyilir ki, cənub yarımkürəsinə daxil ölkələrdə bunun tamamilə əksi baş verir. Orada daha çox uşaq dekabr-mart aylarında doğulur. Çünki cənubun yayı, şimalın qışıdır. Oxford Universitetindən araşdırmanın həmmüəllifi doktor Climent Quintana-Domenique deyib ki, doğuş mövsümünün planlı şəkildə seçilməsi ilk dəfə olaraq sübut edilib.
Alim deyib ki, anaların uşaq doğmaq üçün “daha münasib” fəsil seçməsi tamamilə məntiqlidir. Maraqlıdır ki, Britaniyanın “Babycentre” saytı iyun-oktyabr ayları arasında doğulanların, “qış uşaqları” ilə müqayisədə daha ucaboy və iri sümüklü olduğunu yazır.
Sayt iddia edir ki, bu, yay mövsümündə D vitamininin təbii qəbulu üçün daha böyük imkanlar mövcud olması ilə bağlıdır.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir