Yaponiyanın avtomobil firması “Mitsubişi” ötən həftələrdə ortaya çıxan yanacaq skandalına dair yeni açıqlamalar verib.
Şirkətin rəsmiləri yanacaq mövzusunda müştərilərin 1991-ci ildən bu yana aldadıldığını etiraf ediblər.
Şirkətin avtomobillərinin üstündə aparılan araşdırmaların nəticəsində həmin modellərin yanacaq sərfiyyatı ilə bağlı 1991-ci ildən üzübəri səhv məlumatların verildiyi aşkar olunub.
“Mitsubişi”nin rəhbəri Tetsuro Aikava jurnalistlərə verdiyi açıqlamada şirkətə qarşı araşdırmanın davam etdiyini və yeni problemlərin də ortaya çıxa biləcəyini bildirib.
Aikava işçilərin niyə belə bir hiyləyə əl atdıqlarını bilmədiyini də açıqlayıb.