Yazda körpələri necə geyindirək?

Baxış sayı: 1. 398

Günümüzdə aktual mövzulardan biri də dünayaya gələn körpələrin lazımi səviyyədə böyüməsi və inkişaf etməsidir. Bu günün körpəsi gələcəyin yüksək ixtisaslı mütəxəssislərindən biri ola bilər. Körpələrin yaz geyim seçimi gündəm mövzuları kimi qalmaqdadır. Körpələrin dərisi böyüklərdən fərqli və həssas olur. Bu səbəbdən də körpə geyimlərini seçərkən rahat geyimlər olmasına diqqət yetirmək lazımdır.

Məlumata görə, Kanz mütəxəssisləri, valideynlərə yaz aylarında körpə geyimlərini seçərkən nələrə diqqət göstərmələri mövzusunda əhəmiyyətli məlumatlar təqdim edib. Həmin məlumatlarda:

* Körpələr üçün ən doğru seçim pambıqlı geyimlərdir. Həssas körpə dərisi üçün pambıq parçalardan tikilmiş paltarlar məsləhət görülür. Pambıq parçalar, körpə dərisinin nəfəs almasını təmin edir. İstiyə qarşı bədəni bir qalxan kimi qoruyur.
* Yumşaq olmayan, sərt parçalardan tikilmiş geyimlər körpənin müdafiəsiz bədənində həssaslıq və qızartı kimi mənfi təsirlər yaradır.
* Yanlış və sağlam olmayan paltar seçimi körpənizə allergiya, qıç, qol altında, göynəmə və qaşıntı verə bilər. Sintetik qarışıqlı parçalar və kimyəvi boyalı paltarlar körpənizin dəri tənəffüsünün qarşısını alır, tərləməsini artırır və müxtəlif dəri xəstəliklərinə səbəb ola bilər. Hava buraxan və tərlətməyən parçalar seçilsə, körpənin rahat bir yaz keçirməsinə köməkçi olar.

Yaz üçün körpə geyimi seçdikdə aşağıdakı məsləhətlər köməyinizə çatacaq:

• Hərəkət azadlığın məhdudlasdırmamaq  üçün rahat bir şəkildə, bədənə yapışmayan, yumuşaq parçalar seçmək lazımdır;
• Körpənin geyimlərini yaşa görə deyil, kilosuna və bədən quruluşuna görə almaq vacibdir. Bu məlumatlar məhsulun etiketlərində göstərilir. Əhəmiyyətlisi isə körpənin, paltarının içində rahat olmasıdır;
• Yaz aylarında açıq rəngdə və pastel tonlarında geyimlər seçmək məsləhətdir. Bir sıra mütəxəssislərə görə həddindən artıq parlaq rənglər körpələrdə narahatlığa yol aça bilər, tünd rənglər kədər verə bilər. Ayrıca tünd rənglərin günəş işığını özünə çəkdiyini də unutmamaq lazımdır. Bu halda uşaq çox tərləyə bilər.
• Həm isti həm də sərin yaz axşamları üçün körpəyə ən uyğun paltar seçmək məsləhət görülür;
• Ağ rəngdə atlet və yarım qollu altdan çıt- çıtlı köynəklər, istər gündəlik istifadədə, istərsə də rahat gecələr üçün sizə köməkçi olar.
• 100% pambıq darayıcı iplikdən hazırlanmış idman geyimləri yay boyu sizi, həm körpəni rahat edər.
• Asan kombinasiya olunan qısa qollu və atlet t-shirt adı verilən paltarlarla isti yay günlərində işinizi yüngülləşdirə bilər;
• Sərin yaz axşamları üçün körpənizin garderobunda kapuşonlu pencəklər saxlamağı unutmayın.

Qeyd: körpələr yeməklə deyil rahat yuxu və çimməklə böyüyürlər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir