default-gencaile

İnsanlar niyə ölür? – 20 illik ARAŞDIRMA

Baxış sayı: 1. 526

Amerika alimləri uzun sürən tədqiqatlardan sonra insanın vaxtsız ölümünün minimum faizinin müşahidə olunduğu ideal çəki və boy indeksini müəyyən ediblər.

Mütəxəssisləri bu tədqiqata 20 il vaxt sərf ediblər. Tədqiqatda 51-70 yaşlarında təqribən 400 min könüllü iştirak edib. Uzunmüddətli eksperiment zamanı təqribən 112 min könüllü vəfat edib.

Alimlər ilk növbədə ölüm riskinə təsir edən mümkün amilləri öyrəniblər. İrq, yaş, təhsil, alkoqollu içkinin miqdarı, habelə ailə statusu kimi amilləri əsas götürən mütəxəssislər müəyyən ediblər ki, insanın bədən çəkisinin ideal indeksi 26-dır. Bədən kütləsi indeksi məhz 26 olan insanlar arasında vaxtsız ölüm faizi minimaldır. Alimlər həmçinin bildiriblər ki, insanları üç indeks tipinə ayıranda belə nəticə dəqiq olmur, çünki fərdi göstəriciləri və həyat tərzini nəzərə almaq lazımdır.