shizofren

Şizofrendən ona verilən suallara 13 TÜKÜRPƏDİCİ CAVAB – MARAQLI

Baxış sayı: 1. 998

Şizofreniyanın necə bir xəstəlik olduğu və şizofrenlərin gündəlik həyatlarında nələr yaşadığı haqqında bilmədiyimiz bir çox şey var. Bu xəstəliyin sirrinə olan marağımızsa, bir çox filmə və kitaba dəfələrlə mövzu olmuşdur.

Şizofreniyayla bağlı Reddit’də yaşanan bir söhbət internetin ən maraqlı hadisələrindən biri oldu. ErosPram adlı yazar Reddit’də AMA (Ask Me Anything) başlığı altında, ona ünvanlanan sualları cavablandırdı. Hadisənin maraqlı tərəfi isə ErosPram’ın şizofreniyalı bir qadın olması və halüsinasiyalar görməsidir. Şizofreniyalı olduğunu, gördüklərinin halüsinasiyadan ibarət olduğunu bilən və eşitdiyi səslərin gerçək olmadığının fərqində olan yazar, şizofreniyanın necə bir şey olduğuyla bağlı bir çox sualı cavablandırdı. ErosPram içində olduğu şizofrenik şəxsiyyətlərdən də soruşulan sualları cavablandırdı.

ErosPram’dan soruşulan ən maraqlı sualların və yazarın/digər şəxsiyyətlərinin verdiyi maraqlı və qorxuducu cavablar:

1. Eşitdiyin daxili səsləri və gördüyün şəxsiyyətləri təsvir edə bilərsənmi? Hamısı qadındırmı? Gündəlik həyatında onlarla necə qarşılıqlı ünsiyyətə girirsən?

Eşitdiyim daxili səslər mənim içimdə yaşayır. Tək bədəndə yaşayan fərqli insanlar kimidirlər. Mən də bədənə sahib olan adamam. Bir şey söylədiyim ya da etdiyim zaman bu şəxsiyyətlər dərhal hərəkətə keçir. Lakin bədənin sahibi mən olduğum üçün fikirlərini səssizcə və mənə hörmət edərək bildirirlər. Blank/Boşluq və Little/Kiçik adlı iki qadın iç səs var. Bir də Şeytan (Demon) adlı biri var. Ona insan deyə bilərəm amma insan kimi görünmədiyi və insan kimi hərəkət etmədiyi üçün onu sadəcə olaraq insan kimi təsvir etmək istəmirəm. Şeytanı həm görür, həm də eşidirəm. Qalib gəlməsi ən çətin olan da odur. Onu görməməzlikdən gəldiyim zamanlarda bağırır, amma məndən başqa heç kim onu eşitmir. Axşamlar da varlıqlarını qəbul edir, onlarla danışıram. Amma bunu cəmiyyət içində etmirəm.

2. Bu üç şəxsiyyəti ilk nə vaxt eşitməyə və görməyə başlamısan?

2 yaşımdaykən fərqli şəxsiyyətlərimin olduğunu xatırlayıram. Anamla köhnə evimizdə gəzərkən iki fərqli səs eşitmişdim. Biri kiçik bir qız səsi (Little / Kiçik) digəri də gənc bir qızın səsi idi (Blank / Boşluq 16 yaşlarında). Bir də qaranlıq və böyük bir görüntü xatırlayıram. Hesab edirəm ki, o da Demon / Şeytan idi.

3. Gördüyün şəxsiyyətlər sənə bir şeylər etməyini söyləyirlərmi?

Şeytan mənə tez-tez özümü öldürməyimi söyləyir. Digərləri də mənə davamlı olaraq bir şeylər etməyimi söyləyir, amma edib-etməməyi yenə mən seçirəm. Azad iradəmlə qərar verirəm.

4. Gördüyün və eşitdiyin şeylər bir gün yox olsa, üzülərsənmi?

Bunu uzun müddət düşünmüşəm. Hesab edirəm ki, onlar üçün darıxaram, hətta Şeytan üçün belə… Çünki onlar hər zaman mənimlə birlikdə idi. Bir səhər oyandığım zaman qulaqlarım, ya da burnum yox olmuş kimi hiss etdirər. Məndən bir parça itmiş kimi olar.

5. Şeytandan və digər şəxsiyyətlərindən bir sual soruşarsanmı? Əgər tək bir dilək haqqları olsaydı nəyi diləyərdilər?

Şeytan: Cəhənnəmdə ölməyini istəyirəm.
Little: Bənövşəyi və çəhrayi Pony istəyirəm. Bir də özümə aid bir bədən. Beləcə Eros (bədənin sahibi) üzərkən, ona nəfəsini daha uzun tutması lazım olduğunu söyləmək məcburiyyətində qalmaram.
Blank: Gözəl bir avtomobil, bir bədən və bir milyon dollar istəyərəm. Beləcə bir daha heç kimlə danışmaq məcburiyyətində qalmaram.

6. Şeytanın necə göründüyünü çəkə bilərsənmi?

7. Şeytandan soruşarsanmı, çəkdiyin şəkillə bağlı nə düşünür?

Şeytan, şəkil qabiliyyətimin özüm kimi acınacaqlı olduğunu söyləyir.

8. Şeytandan niyə sənin yanında olduğunu soruşa bilərsənmi? Sadistlikdən həzz aldığı üçün mü səninlə birlikdədir? Yoxsa həqiqətən sənə bağlı olduğu üçün səndən ayrıla bilmir?

Şeytan mənimlə birlikdə doğulduğunu söyləyir. Həyatımın nə qədər bərbad olduğundan əmin olmaq üçün o da ortaya çıxmışdır. Özümü öldürənə qədər də mənimlə birlikdə olacağını söyləyir ki, bunun olmayacağına zəmanət verə bilərəm.

9. Little sən böyüdüyün üçün kədərlənirmi? Hər ikinizin də 5 yaşında olduğunuz dövrdə nə qədər yaxşı dost olduğunuzu xəyal edə bilirəm.

Mən böyüməyə davam edib o böyüməyincə çox kədərləndi. O da böyüməyi çox istəyirdi, amma böyüməyəcəyini bilirdi. Həqiqətən də əvvəllər çox yaxşı dost idik və hələ ona dərin bir maraq duyuram. Mənim üçün bacı kimidir.

10. Şeytana hakim ola bilmənin səncə bir yolu varmı? Özünü kəsməsi və ya öldürməsi üçün onu razı salmağa çalışsan, nə olar?

Şeytan hər kəsin ondan nifrət etdiyini bilir. Nifrətə yol açmağın onun işi olduğunu söyləyir. Bildiyim qədəriylə onu yox etməyin bir yolu yoxdur. Daha əvvəl yoxlamışam, lakin bu yalnız onun daha çox bağırmasına və daha çox güclənməsinə səbəb olmuşdu. Ondan xilas ola biləcəyimi düşünmürəm.

11. Xüsusi bir sual verdiyim üçün üzr istəyirəm, amma cinsi əlaqə zamanı nə baş verir? Onları görməməzlikdən gələ bilirsənmi?

Little cinsi əlaqədə olmağımı xoşlamır. Bir küncə gizlənir və ağlayır. Amma yenə də bunun böyüməyin bir parçası olduğunu bilir və vəziyyəti qəbul edir. Blank isə əhəmiyyətsiz hesab edir və görməməzlikdən gəlir. Şeytan da qışqıraraq nə qədər günahkar olduğumu və cəhənnəmə gedəcəyimi söyləyir. Mənsə onları görməməzlikdən gəlirəm.

12. Blank, Little və Şeytana halüsinasiya olduqlarını söylədiyin zaman necə reaksiya verirlər?

Blank gerçək olmadığını bilir, Little gerçək və halüsinasiyanın fərqini anlamır. Şeytan isə uydurma olmadığını, gerçək olduğunu və mənim kabusum olduğunu söyləyir.

13. Gördüyün şeylərin gerçək olmadığını və şizofrenik olduğunu nə zaman anlamısan? Necə bir hiss idi?

Bağçaya gedərkən fərqinə varırdım artıq… Məndən başqa heç kimin xəyali dostlarının olmadığını öyrənirdim. Kimsəsiz və çox tək idim. Heç kim mənimlə birlikdə yemək yemək istəmirdi və heç dostum yox idi. Şeytan isə təkliyimin və ağrı-acımın hər saniyəsindən çox xoşbəxt olurdu. Orta məktəb dövründə evdə təhsil aldım və mənim kimi insanlar haqqında araşdırma apardım. Necə biri olduğumu anladıqdan sonra da müalicəyə getməyə başladım (lakin bir köməyi olmadı). Gedərək daha depressiv oldum. İndi isə sevgilimin də köməyiylə daha xoşbəxt biriyəm.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir