korpe

Körpələr haqqında 15 qeyri-adi fakt

Baxış sayı: 1. 828

1. Körpələr eyni zamanda nəfəs ala və udquna bilirlər. Bu xüsusiyyət qırtlaq aşağı endiyi üçün 9 aya yaxın yox olur.

2. Yeni doğulmuş körpənin baş çəkisi onun ümumi çəkisinin dörddə biri qədərdir. Böyük baş və kiçik bədən – körpələrə aid olan xüsusiyyətdir və tamamilə normaldır.

3. Körpələr diz qapaqları olmadan doğulurlar.

4. Yeni doğulmuş körpələr qırmızı və yaşıl rəngləri ayıra bilmirlər, mavi rəngi isə heç görmürlər.

5. Yeni doğulmuş körpələr öz analarının intonasiyası ilə ağlayırlar.

6. Yeni doğulmuş körpənin skeletində 300-dən artıq sümük var. Zamanla, onlardan bəziləri birləşərək daha iri sümüklər əmələ gətirir. Böyük insanın sümkülərinin orta sayı isə 206-dir.

7. Körpənizin solaxay olub-olmadığını 1-2 yaşında müəyyən oluna bilir.

8. Yeni doğulmuş körpənin əl sıxması bir aylıq körpənin əl sıxmasından daha güclüdür.

9. Həyatının ilk ilində körpənin bədəni 145 litr tüpürcək ifraz edir.

10. Həyatının ilk iki ilində körpə 150 kilometr məsafə qət edir.

11. Körpənin göz ölçüsü ömür boyu eyni qalır.

12. Yeni doğulmuş körpənin beyni 14 milyard hüceyrədən ibarətdir. Lakin, onların sayı artmır, əksinə azalır. 25 yaşından sonra hər gün insan 100 min neyronlarla vidalaşır.

13. 3 yaşa kimi körpələr özlərini yuxuda görmürlər.

14. 1,5-2 yaşlarında körpələr öz yetkin boylarının yarısına çatırlar.

15. Körpələr qıdıqlanmanı 6 ayından etibarən hiss eləməyə başlayırlar.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir