aile

Xoşbəxt ailəyə sahib olmaq üçün 55 qayda

Baxış sayı: 1. 896

Təcrübələr nəticəsində alim və psixoloqların ailə xoşbəxtliyi üçün təsbit etdikləri bəzi prinsipləri birlikdə xatırlayaq:

1) Qısa ayrılıqlar, ailədəki bağları gücləndirə bilər. Uzun ayrılıqlar isə ailənin dağılmasına səbəb ola bilər. Uzun ayrılıqlardan uzaq durmaq lazımdır.

2) Xoşbəxt bir ailə  birliyi üçün tərəflər bir-birinin psixologiyasını, quruluş və xarakterlərini yaxşı tanımalıdır. Ancaq bu şəkildə ailənin dağılmasından, söz-söhbətdən uzaq qalına bilər.

3) Heç bir anlaşılmazlığın uzun, davamlı olmasına fürsət verilməməlidir. Ən qısa zamanda şirinliyə bağlanmalıdır.

4)İstər köhnə nişanlısı, istər əvvəlki yoldaşı olsun, keçmiş təcrübə və xatirələrdən danışmaq doğru olmaz.

5) Həddindən artıq idealist olulnmalıdır, normal yaşamalı və qarşı tərəfdən möcüzələr gözlənilməməlidir.

6) Yoldaşlar, sevgilərini hər vəsiləylə bir-birlərinə ifadə etməlidirlər.

7) Kədərə təslim olmamağa çalışılmalı; həyata davamlı ümidlə baxılıb və gülər üzlü olunmalıdır.

8 ) Kiçik və böyük hər qüsurda ağır tənqidlərdən çəkinilməlidir. Bağışlayıcı olunmalıdır.

9 ) Mübahisəni çıxdığı nöqtədə tutmağa çalışılmalıdır; keçmişdə qalmış digər bir mövzunu da içinə alacaq şəkildə genişlətilməməlidir. Təşəbbüsün əldən qaçmasına fürsət verilməməlidir.

10 ) Yersiz və əsassız qısqanclıq, şübhə və şübhələr dağıdıcıdır. Reallığa baxmaq lazımdır, zənnlərə görə hərəkət etilməməlidir.

11 ) Yoldaşına, həm sənə həm də öz özünə güvən təlqin et/ət. Ona güvəndiyini göstər.

12 ) Xoşbəxt ola bilmək üçün, yaxşı bir yoldaşla evlənmiş olmaq yetərli deyil; sənin də münasib bir yoldaş olmağın lazımdır.

13 ) Təmizlik imanın yarısı və əbədi bir sevginin təməl şərtidir.

14 ) Həyat yoldaşınla xoşbəxt bir həyat üçün, şəxsiyyətinin ayrılmaz parçası saydığın bəzi şeylərdən güzəşt verməyin, elastik olmağın lazım ola bilər.

15 ) Özün üçün istədiyin gözəl şeyləri həyat yoldaşın üçün də istə, özünü düşündüyün qədər onu da düşün.

16 ) Almaq qədər verməyi də bilməlisən. Eqoist olunmamalıdır.

17 ) Hər kişi, xanımının hər mövzuda ən yaxşısını etməyə çalışan; günəş kimi sevgi və şəfqətiylə özünü istilədən ideal bir yoldaş olmasını istər. Hər xanım da, yoldaşının tam etibarlı güclü bir şəxsiyyət sahibi, hər cür ehtiyaclarını təmin edəcək bir kimsə olmasını arzu edər. Tərəflər, bu ideal standartı tutma səyi içində olmalıdır.

18 ) Həyatda əskik olmayan hər çətinlik və mənfilikdə dərhal yoldaşını günahlandırma; mövzuya insafla bax.

19 ) Tək bu günü yaşa, keçmişdə yaşanmış kədərləri və hələ gəlməyən sabahkı qayğıları bu günə daşıma. İmkanların çərçivəsini aşmadan yaşamağa bax.

20 ) Nigah aktının çox müqəddəs bir bağ və Allah’a verilmiş bir söz olduğunu bilməlisən. Bu mövzuda irəlidə peşman olacağın bir addımı atmadan əvvəl min dəfə düşünməlisən.

21) Ailə həyatı üçün eşq və sevgi əhəmiyyətli və zəruri olmaqla birlikdə, ailənin yalnız bunun üzərində dayanacağını sanmamalısan. Başqa xüsusiyyətlərin də lazım olduğunu bilməlisən.

22 ) Həyat yoldaşına qarşı nümunə davranışlar sərgiləməlisən; yaxşı şəxsiyyətini yalnız dilinlə deyil, davranışlarınla da ortaya qoymalısan.

23 ) Necə gəldi, qonşu və qohumlarının aranıza girməsinə fürsət verməməlisən; mümkün mərtəbə ailə içi problemləri özünüz həll etməyə çalışın.

24 ) Həyat yoldaşında səhv olaraq gördüyün bəzi şeyləri düzəltmədə tələsikçi olma; dəyişməsi üçün zamana ehtiyac duyan qüsurlar ola bilər. Kiçik səhvləri böyütmək lazım deyil.

25 ) Evliliyin öhdəçilik və məsuliyyətlərini könül xoşluğuyla qəbul etməlisən və tam bir inamla öz boynuna götürməlisən.

26 ) Anlaşılmazlıq və mübahisə səbəblərindən mümkün qədər çəkinməlisən.

27 ) Yoldaşınla müştərək işlər etməyə vaxt ayır ki, irəlidə sizin üçün xoşbəxt xatirələr qalsın və sizi bir-birinizə daha çox yaxınlaşdırsın.

28 ) Yoldaşına, son dərəcə sərbəstcə özünü ifadə etmə və qabiliyyətlərini inkişaf etdirmə fürsəti tanımalısan. Heç bir istiqamətini lağ mövzusu etməməlisən.

Xanımları maraqlandıran qaydalar

29 ) Maliyyə haqqlara hörmət göstərilməli və bu əsla laqeydlik edilməməlidir. Mübahisə mövzularının başında bu mövzu gəlir.

30 ) Mümkün olduqca, xarici problem və kədərlərinə yoldaşını ortaq etməməlisən, özün öhdəsindən gəlməyə çalışmalısan. Lakin sevinclərində də onu unutma.

31 ) Müşavirə, ailə həyatında əhəmiyyətli bir prinsipdir. Yoldaşlardan hər biri ailə həyatında özünü ortaq görməli və bir kənara itələnilib laqeydlik edilmədiyini hiss etməlidir.

32 ) Ailə xoşbəxtliyin, evdə heç bir problemlə qarşılaşmamağına deyil, problemlərin öhdəsindən gələ bilməyinə, onları çıxdığı nöqtəylə məhdud tutmağına, yoldaşınla olan əlaqələrini mənfi təsir etməsinə fürsət verməməyinə bağlıdır.

33 ) Problemdən qaçmaq, hələ-hələ evi tərk etmək həll deyil. Yaxşısı, sakit başla düşünüb problemin həllinə dərhal başlamaq.

34 ) Bir mübahisə əsnasında yoldaşının gözəl istiqamətlərini və yaxşılıqlarını da xatırlamağa çalış; bəyənmədiyin istiqamətlərinin, bütün yaxşılıqlarını örtməsinə fürsət verməməlisən.

35 ) Qılınc yarası keçər, dil yarası keçməz. Ailəvi mübahisələrdə, yaralayıcı sözlər sərf etməkdən çəkinməlisən, yoxsa kiçik bir məsələ ucbatından onun sevgi və əlaqəsini tamamilə itirə bilərsən.

36 ) “Qürurum”, “qürurum” növü sözlər, şeytanın tez-tez tələ olaraq istifadə etdiyi sözlərdir. Bir mübahisə əsnasında şeytan bunları bəhanə edərək tərəflərə səhvini gözəl göstərər və barışma qapısını bağlamağa çalışar.

37 ) Uşaqların yanında yoldaşınla mübahisə etməkdən və ya səsini yüksəltməkdən çəkinməlisən. Çünki uşaqlar, əvvəlcə valideynlərini nümunə götürərək öyrənərlər. Bu cür problemlər və həll yolu uşağın zehinində yer edəcək və irəlidə üzərində mənfi təsirini göstərəcək.

38 ) Xanım, yoldaşının, bağlanılmağa layiq ideal bir şəxsiyyət olduğunu, özüylə fəxr etdiyini ona hiss etdirməlidir.

39 ) Hədiyyələr verin bir-birinizə ki, sevginiz artsın və bu, xoşbəxtlik və sevinc hər vəsiləylə sizin adətiniz olsun.

40 ) Ağıllı xanım, gərək özün gərəksə uşaqlarının ehtiyac və istəklərini yerinə yetirmək və yoldaşında düzəltməsini istədiyi bir davranışı düzəltdirmək üçün ən uyğun vaxtda hərəkət etməlidir. Bəzən uyğun vaxt zənn etdiyi, gerçəkdə uyğun olmağa bilər. Yaxşı düşünməlidir.

41 ) Səni maraqlandırmayan mövzularda yoldaşını suallarınla böhrana salma. Sənə açmaq istəmədiyi sirlərini israrla öyrənməyə çalışmamalısan.

42 ) Evdə bir küncə çəkilib tək başına oturmağı adət halına gətirməməlisən, mümkün qədər yoldaşınla maraqlanmalısan.

43 ) İşləyən bir qadın, birinci məsuliyyət sahəsinin evi olduğunu unutmamalıdır. Evinin işləriylə, işyerinin işlərini bir-birindən ayrı tutmasını bilməlidir.

44 ) Yoldaşının qohumları ziyarətə gəldiyində narazıçılıq göstərilməməlidir. Əksinə, onları gözəl bir şəkildə qarşılayıb örnək davranış sərgiləməlidir.

45 ) Xüsusilə qayınanana hörmət etməlisən, ona ailənin ənənələrinə görə ən gözəl şəkildə xitab etməlisən. Onunla mübahisəyə  girməməlisən. İrəlidə gəlininin sənə necə davranmasını istəyirsənsə elə davranmalısan.

46 ) Hər nə qədər günah qaynanada olsa da, mübahisədən çəkinilməlidir. Yoldaşınızda daha sonra bu barədə doğru məlumatı axtarmaq vacibdir.

47 ) Həzrəti Peyğəmbər, qonşu haqqı üzərində çox dayanmışdır. Qonşuya yaxşılıq etmək, sevinc və dərdlərinə ortaq olmaq, köməyi əsirgəməmək dinimizin əmridir.

48 ) Davamlı görüş ayrılığı, zamanla könül ayrılığını da meydana gətirər. Bəzən, razı olmasanda yoldaşının fikirinə qatılmalısan. Yetər ki, edilən iş Allah’a üsyan sayılan bir şey olmasın.

49 ) Evdə yoldaşının ehtiyac duyduğu sükunəti təmin etmək üçün uşaqları zehin inkişaf etdirici oyuncaqlarıyla əyləndirə bilərsən.

50 ) Uşaqlar Allahın böyük nemətləridir. Onları laqeydlik edərək, yaxşı tərbiyə etməyərək və ya başqa hər hansı bir işi daha əhəmiyyətli sayaraq bu neməti əzab vəsiləsinə çevirməməlisən.

51 ) Uşaq baxımı və tərbiyəsiylə əlaqədar sağlam məlumatlar əldə etməlisən ki, hər mərhələdə onlara necə davranılacağı bilinsin. Beləcə ruhən və cismən sağlam yetişsinlər.

52 ) Axirət işlərində yoldaşlar bir-birinə köməkçi olmalıdır. Dünya qədər axirəti də arzulamalı və əhəmiyyət verməliyik.

53 ) Bədxərclik ailə xoşbəxtliyini pozar. Allahın nemətini yox edər. Allah bədxərcləri sevməz. Tutumlu olmalısan ki, yoxluq çəkməyəsin.

54 ) Yaxşı niyyət və xeyirxahlıq bəhanəsiylə də olsa, yoldaşlarının sənin şəxsi həyatına qarışmasına icazə verməməlisən.

55 ) Evinin sirlərini nə bir dostuna, nə də bir yaxınına izah etməməlisən.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir