qarşok

Sizin uşaq “qorşok təlimi”nə başlamağa hazırdırmı? – TEST

Baxış sayı: 1. 715

Övladınızın “qorşok təlimi”nə hazırlığını yoxlamaq üçün aşağıdakı sualları cavablandırın.

  1. Mən baxanda bilirəm ki, uşağım bezini bulaşdırır
  1. Heç vaxt
  2. Bəzən
  3. Adətən

      2.  Uşaq bezini aşağıdakı tezliklə dəyişirəm:

  1. Hər 1-2 saatdan bir
  2. Dəyişir, sabit vaxt yoxdur
  3. 2-3 saatdan bir, bəzən daha gec-gec
  1. Mənim övladım bu sözlərin mənasını başa düşür – “yaş”, “quru”, “təmiz”, “yumaq”, “otur”, və “get”
  1. Başa düşmür
  2. Bəzilərini başa düşür
  3. Başa düşür
  1. Mənim övladım nə isə bir şey istəyəndə
  1. Sadə sözlər deyir, və ya hərəkətlərlə başa salır
  2. Əsas fikrini başa sala bilir
  3. Çoxlu söz bilir və cümlələr qurur
  1.  Mən övladıma sadə bir iş tapşıranda (məs: “oyuncağı yerinə qoy”):
  1. Başa düşmür və ya sözə əməl etmir
  2. Kömək etsəm, dəstək olsam edə bilir
  3. Məni başa düşür və tapşırığa əməl edir
  1. Mənim övladım şalvarını (paltarını) soyunub geyinə bilir
  1. Xeyr, bacarmır
  2. Köməklik edəndə edir
  3. Bəli bacarır.
  1. Mən övladıma kitab oxuyanda, o,:
  1. Mənə fikir vermir
  2. Bəzən qulaq asır, bəzən yox
  3. Oturur, qulaq asır və zövq alır
  1. Mənim uşağım hər şeyi özü etməyi xoşlayır:
  1. Heç vaxt
  2. Bəzən
  3. Həmişə
  1. Məncə, “Qorşok təlimi”nə başlamaq olar.
  1. Hələ tezdir
  2. Qərar verə bilmirəm
  3. Başlamaq olar

Bütün cavabları toplayın və müvafiq sətrə yazın.

a. __________

b. __________

c. __________

“a”  cavablarının sayı çoxdursa, hələlik GÖZLƏYİN. Sizin övladınız hələ hazır deyil, yuxarıda qeyd olunan bacarıqlar üzərində işləyin, daha sonra “Qorşok təlimi”nə başlayarsınız.

“b” cavabları çoxdursa, siz tam olaraq övladınıza ayaqyolundan istifadə etməyi öyrətməyə hazır deyilsiniz, amma ilk addımları atıb prosesə başlaya bilərsiniz.

“c” cavabları çoxdursa, onda siz aktiv “Qorşok təlimi”nə başlaya bilərsiniz. Sizə uğurlar və gözəl əyləncələr.

“Qorşok təlimi” ilə bağlı faydalı məsləhətlər əldə etmək üçün aşağıdakə keçiddən istifadə edin:

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir