aile

Ailədaxili qətllər niyə artır və qarşısı necə alınmalıdır?

Baxış sayı: 565

Bakının Suraxanı rayonunda ailə-məişət zəminində münaqişə zamanı iki nəfər bıçaqlanıb. Belə ki, Qum adası ərazisində 1982-ci il təvəllüdlü Aynurə Zəkəriyyə qızı Kazımova yaşadığı evdə qeyri-rəsmi münasibətdə olduğu 1989-cu il təvəllüdlü Ramil Rauf oğlu Hüseynov ilə görüş təşkil edib. Həmin vaxt evə gələn A.Kazımovanın oğlu əvvəlcə R.Hüseynovun döş qəfəsinə bıçaq zərbəsi vurub. Daha sonra anasının sağrı nahiyəsinə bıçaq xəsarəti yetirib.

Son zamanlar bu cür  cinayət hadisələrinin durmadan artdığının şahidi oluruq. Bunun isə müxtəlif zəminlərdən  baş verdiyi bəlli haldır. Buna xəyanət, qısqanclıq ,anlaşılmazlıq, əsəb halları, təhqir və sairəni misal göstərə bilərik.

Sual yaranır ki,  cinayətlərin bu həddə çatmasınının qarşısını necə ala bilərik? İnsanların bu qədər caniləşməsi nədən qaynaqlanır?

Vəziyyəti dəyərləndirən psixoloq Əfsanə Rüstəmova bildirir ki, ailə – cəmiyyətin qaydaları ilə nizamlanmış birgə yaşayış formasıdır:

“Belə ki, cəmiyyətin insanlara diktə etdiyi əsas dəyərlərdən biri də ailə münasibətləridir. Təəssüf ki, bu ailə dediyimiz şey dəyərlər üzərində qurulan müqəddəs forma yox, qapı ağzında danışılan bayağı fikirlərin dominant sayıldığı bir quruma çevrilib.

Ailədaxili münaqişələrin həll yolu sağlam psixoloji mərkəzlər olmaqdan çıxıb. Artıq özü belə hələ  xoşbəxtliyi tapmamış və bunun axtarılan bir şey olduğundan xəbərsiz  yaşmaqlı insanların ümidinə qalıb.

“Boşanmış qadın” “Qeyri-qanuni münasibət”…  Bu cür xəbər başlıqları xəbərin içində adı çəkilənlərin bıçaqlanması və ya öldürülməsi üçün zəmin yarada bilər.

İnsanların öz sayğısı olmadığı müddətdə cəmiyyət onları formalaşdırmaq üçün basqı göstərəcək. Belə hadisələr olmasın deyə cəmiyyət maarifləndirilməlidir.  Boşanmış insanların şəxsi münasibətlərinin ola biləcəyi gerçəyini qəbul etməliyik.

Əlbəttə ki, şəxsi münasibətlər də uyğun şəraitdə, formada yaşanmalıdır. Övladları olan insanlar şəxsi münasibət yaşadıqları zaman uşaqların yaş, anlaq səviyyələrini nəzərə almalı və ona uyğun hərəkət etməlidirlər”.

 

Şahanə Ziyad




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir