alis-veris

“Alış-veriş xəstəsi”siniz?

Baxış sayı: 1. 088

Psixatırlar bildirirlər ki, tez-tez alış-veriş etmək istəyi bir xəstəlikdir. “Gencaile.az” saytı  xarici KİV-ə istinadən bildirir ki, bununla bağlı mütəxəssislər ciddi çağırış edib.

Bildirilir ki, insan alış-veriş edərkən beynində yaranan məmnunluq haradasa narkotik təsiri kimidir. İnsan bu məmnunluğu dönə – dönə yaşamaq istəyir. Hətta bu insanlar alverdən sonra xərclədikləri pul üçün peşman olsalar belə bu mübtəladan qurtula bilmirlər. Həkimlər qeyd edir ki, onların xəstələri arasında daha qorxulu etaplara keçənlər olub. Belə ki, həmin insanlar bütün pullarını tükətdikdən sonra marketlərdə oğurluq etməyə başlayırlar. Təki əllərində nə isə yeni bir şey olsun.

Bəs müalicəsi varmı?

Həkimlər deyirlər ki, var. Ancaq bunun üçün deyilənlərə mütləq riayət olunmalıdır. Necə?

Əgər hesab edirsinizsə ki, “alış-veriş xəstəsi”siniz o zaman, marketə ehtiyac siyahısı hazırlamadan getməyin. Mütləq əlinizdə ehtiyac siyahınız olsun ki, marketdə gözünüz görən hər şeyi almayasınız. Yalnız və yalnız gərəkli mallar alınmalıdır. Bundan başqa həkimlər deyirlər ki, bu insanlar bank kartlarından istifadən birdəfəlik imtina etməli alış-verişi nağdı pulla aparmalıdırlar ki, konkret nə qədər pul xərclədiklərinin fərqində olsunlar.

alis-veris




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir