İlin bu fəslində ən çox satılan və alınan meyvələrdən biri də almadır. Almanın şirəsini çəkib içənlər də az deyil.
“Gencaile.az” saytı almanın faydalarını təqdim edir.
– C vitamini
Alma C vitamini ilə zəngindir. Güclü bir antioksidant olan C vitamini hüceyrələri yeniləyir, immunitet sistemini gücləndirir. Xüsusilə qış aylarında orqanizmi infeksiyalara qarşı qoruyur.
– K vitamini
Almanın tərkibində olan bu vitamin qan laxtalanmasına kömək edir, sümükləri gücləndirir.
– B6 vitamini
Bu vitamin orqanizmin proteinləri tənzimləyə bilməsinə kömək edir. Sinirlər arasında əlaqəni inkişaf etdirmək üçün orqanizmin B6 vitamininə ehtiyacı var.
– A vitamini
Almanın tərkibində olan A vitamini göz, sümük, diş və diş əti sağlamlığı üçün vacibdir. Orqanizmin toxumaları bərpa etmək üçün istifadə etdiyi A vitamini antioksidantdır, hüceyrələri də yenilənir. Orqanizmin infeksiyalardan qorunmasında önəmli rol oynayır.
– E vitamini
E vitamini də güclü bir antioksidantdır, immunitet sistemini gücləndirir. Sağlam saç, üz dərisi və dırnaqlar üçün də E vitamini vacibdir.
– Alma arıqlamaq üçün idealdır. Aşağı kalorili olduğundan çəki almadan doymanızı təmin edir.
– Səhər acqarına bir alma yemək bağırsaqdakı bakteriyalara qarşı effektlidir, qəbizliyin qarşısını alır.
– Yeməkdən sonra almaq yedikdə dişlərin arasını təmizləyir və beləcə dişlərinizi qoruyur.
– Xolestrolu azaldır və qan-damar sisteminin fəaliyyətinə müsbət təsir göstərir.
– Şəkərin yüksəlməsinə qarşı effektlidir.
– Alma dəmir çatışmazlığı olanlara müsbət təsir edir.
– Təzyiqin nizamlanmasında almanın faydası var.
– Üzə parlaqlıq və gözəllik verir.
– Revmatizmaya qarşı effektlidir.
– Gözlərinizi qoruyur və son illər geniş yayılmış kataraktın qarşısını almaqda kömək edir.
– Alma mədəaltı vəzinin işinə müsbət təsir göstərir, xərçəngdən qoruyur.
– Qaraciyərə müsbət təsir göstərir.
– Həzmi asanlaşdırır.