tort

Xamalı kekslər necə hazırlanır? - "ŞİRİN SÜFRƏ"

Baxış sayı: 580

Bu şirniyyat səhər yeməyi üçün, çay və ya qəhvə yanında, həmçinin uşaqlar üçün məktəbə qəlyanaltı kimi və ya işə, yola götürmək üçün ideal seçimdir.

“Gencaile.az” saytının “my_sweet_house_1“ adlı instagram səhifəsi vasitəsilə oxucularına təqdim etdiyi “Şirin süfrə” rubrikasında bu dəfə sizə xamalı kekslərin hazırlanma qaydasını təqdim edirik:

 

Tərkibi

Buğda unu – 350 qram

Xama (20 faiz) – 230 qram

Yumurta – 3 ədəd

Şəkər – 180 qram

Qabartma tozu – 10 qram

Vanilli şəkər – 10 qram

Duz – bir çimdik

Şəkər pudrası – üzəri üçün

keks

Hazırlanma qaydası

Əvvəlcə ələnmiş unun içinə qabartma tozunu əlavə edib qarışdırın. Ayrı qabda yumurtaları şəkər və bir çimdik duz ilə yaxşıca çalın. Üzərinə xama və vanilli şəkər əlavə edib qarışdırın. Daha sonra unu hissə-hissə əlavə edərək homojen kütlə alınana qədər qarışdırın.

Hazırlanmış xəmiri qəliblərə 2/3 hissə qədər doldurun, səthini düzəldin və əvvəlcədən 180 dərəcəyə qədər qızdırılmış sobada 20-25 dəqiqə bişirin. Keksləri sobadan çıxardıqdan sonra bir qədər soyudun, qəlibdən çıxarın və üzərinə şəkər pudrası səpin.

Nuş olsun!

 

Damaq dadınıza uyğun tort və şirniyyatların sifarişi üçün aşağıdakı səhifəyə müraciət edə bilərsiniz:

https://www.instagram.com/my_sweet_house_1/




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir