“Gencaile.az” saytının “my_sweet_house_1“ adlı instagram səhifəsi vasitəsilə oxucularına təqdim etdiyi “Şirin süfrə” rubrikasında bu dəfə sizə mannılı şirniyyatın hazırlanma qaydasını təqdim edirik:
Ərzaqlar:
Xəmiri üçün:
2,5 stəkan mannı yarması
1 stəkan şəkər tozu
1 stəkan (2 barmaq əskik) süd
1 çay qaşığı soda
Şərbəti üçün:
1,5 stəkan su
2 stəkan şəkər tozu
1 dilim limon
Üzəri üçün:
1 çay qaşığı bəhməz
2 xörək qaşığı su
1/2 ovuc duzsuz fıstıq

Hazırlanması:
Əvvəlcə dərin bir qabda şəkər, mannı, süd və soda töküb qarışdırın. Qarışığı hazırladıqdan sonra bir müddət kənarda saxlayın. Mannı şişəcək və şirniyyat daha dadlı alınacaq. Sobaya qoyacağınız qabı yağlayıb, qarışığı tökün. Sobaya qoymadan əvvəl dilimləyin. Üzərinə bəhməz-su qarışığı yayıb, hər dilimin ortasına zolaq şəklində fıstıq düzün. Xəmir bişərkən şərbət hazırlayın. Kiçik bir qazana şəkər, su və limon dilimini qoyub qaynadın. Qaynadıqdan sonra 10 dəqiqə daha az odda bişirin. Bu şirniyyatda həm şərbət, həm də desert isti olmalıdır. Şirniyyatı sobadan çıxardıb, yenidən doğrayıb, daha 10 dəqiqə sobada saxlayın. Sonra götürüb şərbətini tökün.
Damaq dadınıza uyğun tort və şirniyyatların sifarişi üçün aşağıdakı səhifəyə müraciət edə bilərsiniz:










































































































































































