ariqlamaq

Artıq çəkidən azad olmağın UNİKAL YOLU

Baxış sayı: 746

Saqqız çeynəmək arıqlamağı asanlaşdırmaqla yanaşı, ağız boşluğunun gigiyenasını da yaxşılaşdırır.

Bu barədə Rusiya Səhiyyə Nazirliyinin ştatdankənar baş dietoloqu Antonina Stapodubovanın açıqlamasında deyilir.

Onun sözlərinə görə, bəzi insanlarda müntəzəm saqqız çeynəməklə iştaha azalır. Eyni zamanda, çeynəmə zamanı kalori itirilir və təkrarlanan hərəkətlər emosional vəziyyəti sabitləşdirməyə kömək edə bilir.

Bundan başqa, saqqız tüpürcəyi stimullaşdırır, tüpürcək qida zibilini “yuyur” və ağız boşluğunda bakteriyaların çoxalmasını dayandırır. Bütün bunlar diş çürüməsinin qarşısını alır və nəfəsi təravətləndirir.

Bununla yanaşı, çox tez-tez və uzun müddət saqqız çeynəmək zərərli ola bilər. Bu, artikulyasiyanın pozulmasına, kariyesin inkişafına, plombların, vinir və implantların zədələnməsinə səbəb ola bilər.

Dietoloq 10-20 dəqiqə və gün ərzində ümumilikdə yarım saatdan çox olmamaq şərtilə şəkərsiz saqqız çeynəməyi tövsiyə edir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir