Arxası “Moskviç”, markası “Abdulla”…

Baxış sayı: 1. 751

Zaqatala sakini aztutumlu yük maşını ixtira edib. APA-nın məlumatına görə, rayonun Danaçı kəndinin 27 yaşlı sakini Abdulla Məmmədov ixtira etdiyi maşını tam hazır vəziyyətə gətirməsi üçün 5 il vaxt sərf edib və ona öz adını verib.

Dediyinə görə, məqsədi şəxsi təsərrüfatında istifadə etdiyi at arabasını daha sərfəli texnika ilə əvəz etməkdir. Maşının ərsəyə gətirilməsi üçün 4 növ avtomobilin ehtiyat hissələrindən istifadə olunub. Maşının ön daşıyıcı hissəsi və təkərləri “Zaparojets”, arxa hissəsi “Moskviç”, mühərrik və sürət qutusu VAZ 2101-ə, təkərləri isə “Mercedes” markalı avtomobilə məxsusdur. Hazırlanmasına təxminən 4500 manat xərclənən avtomobilin yanacaq sərfiyyatı normaldır. Çəkisi 1250 kiloqram olan avtomobil 100 kilometr çınqıllı yolda 10 litr, hamar asfaltda isə 6-7 litr benzin yandırır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir