Koronavirus

Bu vitamini çatmayanlar COVID-19-a yoluxan kimi ölür

Baxış sayı: 754

Araşdırmalar göstərir ki, orqanizmdə K vitamininin çatışmazlığı COVID-19-a yoluxan insanın qəfil ölümünə səbəb ola bilər. “Gencaile.az” saytı RİA Novosti-yə istinadla xəbər verir ki, bu qənaətə Hollandiya və Belçika alimlərinin birgə tədqiqatlarından sonra gəlinib. Alimlərin sözlərinə görə, K vitamıni koronavirusa yoluxma zamanı ikiqat əhəmiyyət daşıyır. Birincisi, bu vitamin elastik lifləri məhv olmaqdan qoruyan MGR zülalının fəaliyyəti üçün cavabdehdir. Elm adamlarının fikrincə, K vitaminin çatışmazlığı COVID-19 virusuna yoluxan zaman ağciyərlərin daha çox zərər görməsinə gətirib çıxarır. Digər tərəfdən, bu vitaminin defisiti damarların zədələnməsi və tromboz əmələ gəlməsi ilə nəticələnir ki, bu da koronavirusa yoluxma zamanı ağırlaşmalara və qəfil ölümə səbəb olur.

Mütəxəssislər alimlərin tədqiqat nəticələrini qiymətləndirərək bu qənaətə gəliblər ki, həqiqətən də K vitamini COVID-19 infeksiyasına yoluxma zamanı əhəmiyyətli rol oynaya bilər.

Orqanizmi bu vitaminlə təmin etmək üçün daha çox yaşıl yarpaqlı tərəvəzlər, xüsusən də ispanaq, çuğundur yarpağı, kahı, Brüssel kələmi və göy soğan yemək tövsiyə olunur. Bundan başqa, yağlı pendir növləri, süd və kərə yağının tərkibində də K vitamini var.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir