sevgi

“Səni sevirəm” deməyin əyləncəli və romantik 20 yolu

Baxış sayı: 1. 983

Səni sevirəm demək nə qədər  xüsusidirsə,  bu sevgini başqa yollardan göstərməkdə bir o qədər əhəmiyyətlidir.  “Gencaile.az” “Qadinklubu.com”-a istinadən səni sevirəm deməyin əyləncəli və romantik yollarını təqdim edir. Əgər sevginizi monotonluqdan uzaq tutaraq,rəngarəng bir sevgi yaşamaq istəyirsinizsə, bu qaydalar sizlər üçün ideya baxımından çox əlverişli ola bilər.

 

  • Ürəyinizin səsini dinləyin! Çünki o səs, sizi hər zaman doğru olana çatdıracaq.
  • Onu sevdiyinizi hər gün söyləyin, O da sizə qarşılıq verəcəkdir.
  • Onu olduğu kimi sevin! Ən gözəl halı təbii halıdır.
  • Romantik sürprizlər edin, onun ürəyində sizə böyük bir yer açar.
  • Ona hər fürsətdə iltifat edin, ruhunu oxşamış olarsınız.
  • Musiqini açın və ritmə birlikdə ayaq uydurun. Rəqs edin!
  • Ona ən sevdiyi yeməyi hazırlayın! Unutmayın, müvəffəqiyyətli nəticə əldə etməsəniz də  sınamış olacaqsınız.
  • Saçlarını oxşayın, bu onun çox xoşuna gələcək.
  • Telefonlarınıza deyil, bir-birinizin üzünə baxın. Birlikdə internetsiz zaman keçirin.
  • Onunla oyunlar oynayın. Şirin rəqabət maralı olur.
  • Birlikdə ulduzları seyr edin.
  • Onu maraqlandıracaq və əyləndirəcək kiçik qeydlər yazın.
  • Xatirələr əhəmiyyətlidir, birlikdə çoxlu  fotoşəkil çəkməyi unutmayın.
  • Zarafatlaşma sevgidən gəlir. Zarafatlaşmaya laqeyd yanaşmayın.
  • Eyni hobbiləri əldə etmək, daha çox kefli zaman keçirmək deməkdir. Birlikdə hobbi əldə edin!
  • Xüsusi günləri unutmayın. İlk göz-gözə gəlişinizin tarixini belə unutmayın.
  • Əl-ələ tutmaq  güvən duyğusu verir.
  • Kiçik jestlər aradakı eşqi böyüdər. Jestlər edin!
  • Uzaqda vaxt keçirmək bir-birinizi daha yaxşı tanımaq üçün ən yaxşı üsul. Tətilə çıxın!
  • Yalnız bir öpüş! Çünki bir öpüş belə  hər şeyi dəyişdirə bilər.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir