ayten

Aytən Səfərovadan fəxri ad, ev açıqlaması

Baxış sayı: 1. 799

Son günlər ANS telekanalında qalmaqal yaşaması xəbəri ilə gündəmə gələn peşəkar telejurnalist Aytən Səfərova “facebok”da etdiyi açıqlama ilə yenidən diqqəti özünə çəkməyi bacarıb. Aparıcı yazdığı statusda bəzi dövlət məmurlarının onu bəyənmədyini bildirib.

“Deyirlər, efirdə daim həqiqəti söylədiyim, adi insanların tərəfini tutduğum, söz azadlığının bariz nümunəsi olduğum (hansının ki, qarantı birbaşa cənab Prezidentdir) üçün bəzi məmurların məndən zəhləsi gedir. Hətta məni efirdə görmək istəmirlər. Bu səbəbdən, 20 il Vətəninə canla-başla xidmət edən bir jurnalist olaraq nə bu il iyulun 22-də ad alacağam (ortada yeyib, qıraqda gəzənlərdən, şüvən qoparanlardan fərqli olaraq), nə də gələn il mənzil üçün ümid edə bilərəm. Mən buna inanmaq istəmirəm, amma reallıq tamam başqa şeydən xəbər verir. Nə etməli?! Adi “rakkadaçika” aparıcı olmaq, yoxsa nə?! Bəlkə siz bir çıxış yolu mənə dediniz (hər halda ağıl ağıldan üstündür)”.

Səfərovanın bu statusu uzun-uzadı müzakirə olunub. Bəziləri aparıcının elə ANS rəhbərliyi tərəfindən sıxışdırıldığını, bəziləri isə “düz danışanı 7 kənddən qovurlar” yazıb.

Yazılan əksər şərhlərdə isə teleaparıcıya xoş sözlər və təriflər yazılıb.

Xatırladaq ki, Aytən Səfərovanın 2 həftə aparıcısı olduğu “Salam, Azərbaycan!” verilişinə çıxmaması bəzi xəbərlərin yayılmasına şərait yaratdı. Yayılan şayiələrə görə, Aytən Səfərovanın ANS telekanalının ATV-nin aparıcısı Mətanət Əliverdiyevaya qarşı apardığı qara piar aksiyasında iştirak etməkdən imtina etməsi onun ANS rəhbərliyinin “qara siyahısı”na düşməsi ilə nəticələnib. Aytən Səfərova bu xəbəri inkar edib.

İsa

publika.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir