yemeye ne var

Badımcan küküsü belə hazırlanır – “YEMƏYƏ NƏ VAR?”

Baxış sayı: 602

“Gencaile.az” saytının “Yeməyə nə var?” rubrikasında bu gün sizə badımcan küküsünün hazırlanma qaydasını təqdim edəcəyik.

 

Ərzaqlar:

8 ədəd orta ölçülü badımcan

2 baş soğan

3 ədəd yumurta

2 x.q un

1 ç.q sumax

50 q kərə yağı

1/2 st qoz ləpəsi

Duz

Istiot

BADIMCAN KUKUSU

Hazırlanması:

Soğanın və badımcanın qabığını soyub yuyub 2-3 yerə bölürük. Hər ikisini ət maşınından keçiririk. Tənzifdə sıxıb acı suyunu tamam çıxarırıq. Elə sıxmaq lazımdır ki, suyu qalmasın quru olsun. Qozu xırda doğrayırıq. Qabda sıxdığımız badımcan ilə soğanı, qozu, unu, sumağı qarışdırırıq. Yumurtanı, duzu və istiotu əlavə edib yaxşı qarışdırırıq. Tavada yağ qızdıqda qarışığı tökürük. Bir tərəf bişdikdə astaca o biri tərəfini də çevirib bişiririk.

Nuş olsun!

 

Təqdim etdi: Məsudə Sultan




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir