yemeye ne var

Badımcandan hazırlanan qəlyanaltı - "YEMƏYƏ NƏ VAR?"

Baxış sayı: 325

Bəzi evlərdə artıq qışa hazırlıq başlayıb. Soyuq havalar üçün kimiləri turşu bağlayır, kimiləri leçu… Həmçinin, badımcandan da qışlıq dadlı reseptlər hazırlamaq olar.

Beləliklə, “Gencaile.az” saytının “Yeməyə nə var?” rubrikasında  qış üçün badımcandan hazırlana biləcək dadlı qəlyanaltı reseptini təqdim edirik.

 

Lazım olan ərzaqlar: 

Badımcan – 500 q;

Pomidor – 500 q;

Soğan – 1 ədəd;

Sarımsaq – 2 diş;

Suz, yer qara bibər və dadmaq üçün şəkər;

Bitki yağı – 3 yemək qaşığı;

Yaşıllıq.

Qış üçün badımcandan nə bişirmək olar? - Dadlı resept

Yuyulmuş badımcanların soyulması və onların kub formada kəsilməsi, daha sonra duzlanması və 15-20 dəqiqə buraxılması lazımdır. Soğan və pomidoru xırda formada doğrayın. Badımcanları qızılı rəng olana qədər qızardın və kağız dəsmalın üzərinə qoyun. Eyni qızartma qabda soğanı 10 dəqiqə aşağı istilikdə qızardın. Şəffaf və yumşaq olanda pomidorları əlavə edib 10 dəqiqə daha qovurun. Hazır sous soyumalıdır. Ədviyyatlar əlavə edin və sarımsağı blenderdən istifadə edərək əzin. Hazır püreyə badımcan əlavə edin, bir neçə dəqiqə dəmləyin və göyərti ilə bəzədərək süfrəyə verə bilərsiniz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir