sufre

Bakı restoranlarında bayram gecələri – QİYMƏTLƏR

Baxış sayı: 484

Novruz bayramı əsrlər boyu qeyd edilən bayramlardan biridir. Özü ilə böyük sevinc gətirən, adət-ənənələri yaşadan Novruzu hamı səbirsizliklə gözləyir. Dünyanın müxtəlif yerlərində də qeyd edilən bu bayram Azərbaycan xalqının tarixi adətlərini də özündə yaşadır. Hər il olduğu kimi bu il də Novruz bayramı təntənəli şəkildə keçirilir.

Bayramda ən çox iqtisadiyyat canlanır. Əlbəttə ki, bu bayramda “qazananlar” sırasında restoran sahibləri də əsas yer tutur.

Belə ki, Novruz bayramında xüsusi olaraq restoranlar müştərilərinə fərqli menyular və şənlik proqramları təqdim edir.

 Menyuların qiymətinə müxtəlif əyləncəli şouların da daxildir. Hətta şənlikdə iştirak edəcək müğənnilərin populyarlığı da qiymətlərə təsir edir.

Bakının məşhur restoranlarından biri olan “Mala Praga” restoranında bir nəfərin bayram gecəsində iştirak etməsi 170 azn təşkil edir. İnsanlar bu restorana gəlmək üçün demək olar ki 3-4 həftə əvvəl yer bron edirlər:

“Çanaqqala” restoranında martın 20-də bir nəfər üçün qiymət 80 manatdan başlayır. Hazırda yerlər məhdud sayda qalıb.

“Baku Castle” restoranında bir nəfərlik depozit isə 100 azn təşkil edir və hazırda restoranda boş yer yoxdur.

“Oazis” restoranında 2 nəfərlik qiymət 300 azn təşkil edir. Artıq 20 mart tarixində restoranda bütün yerlər dolub.

“Teleqüllə” restoranında isə bir nəfərlik qiymət 100 azn-dən başlayır. Hazırda restoranda boş yerlər mövcuddur.

“High boost”, “Ruby 360”, “Dafne”, “Kaddeh Baku” restoranlarında isə bir nəfərlik menyunun qiyməti 85 azn-dən başlayır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir