Ramide Oktayqizi

Biz autizmin özüyük - MÜTƏXƏSSİS YAZIR

Baxış sayı: 453

Biz autizmin özüyük desək, yanılmarıq, çünki biz də onlardan biriyik. Əgər bu gün biz autizm spektrlı uşaqlarımızı, gənclərimizi həyatımıza cəlb etməsək, təbii ki, autizm spektrla mübarizə apara bilmərik.

İlk öncə ona nəzər yetirək ki, autizm spektr pozuntusu nədir?

Nevroloji və psixiatrik bir pozuntudur. Autizm pozuntusu uşaqlarda 1 və ya 2 yaşdan aşkar olunan pozuntudur. Autizm spektr pozuntusunun yüngül, orta və ağır olmaqla 3 növü olduğu məlumdur.

Eyni zamanda DSM-5 kitabında F84.0 olaraq qiymətləndirilir. Belə ki, autizm spektr pozuntusu bir ömür davam edən sindrom kimi müşahidə olunur. Autizm spektrın özünəməxsus əlamətləri vardır ki, onlar da aşağıdakılardır:

1) Göz kontaktının olmaması

2) Nitqin itməsi və ya nitqin pozulması

3) Əldə, bədəndə stereotiplərin olması

4) Təkrarçılığın olması, müəyyən əşyaları fırlatması və ya fırlanan, çevrilən əşyalara daha çox diqqət yetirməsi,səslərə qarşı reaksiya və s.

5) Toxunma problemi yaranır ki, buna qarşı sərt reaksiya verirlər.

autizm

Autizm spektr pozuntusu zamanı müşahidə olunan əlamətlərdən biri uşaqlarda əqli geriliyin, psixi inkişaf ləngiməsinin yaranması, davranış pozuntularının olması, stereotiplərin əmələ gəlməsidir. Bu zaman valideyinlər təbii ki, bu hallardan qorxur və onların sağalamayacağını düşünür.

Valideyinlərin qorxduğu hallardan biri də uşaqların cəmiyyətə adaptasiya olmamasıdır. Lakin unutmaq olmaz ki, autizm spektr pozuntusu ilə bu gün dünyada aparılan təcrübələr onu göstərir ki, təlimlər onların cəmiyyətə adaptasiya olunmasına dəstək göstərir. Bu təlimlərdən ən əsası loqopedik, psixoloji, müalicəvi idman, duyu bütünləmə, özünə qulluq təlimi, tualet təlimi, oyun təliminin alınmasıdır ki, bunlar autizmli uşaqların cəmiyyətə adaptasiya olunmasına dəstək göstərir.

 

Ramidə Oktayqızı

Psixologiya üzrə fəlsəfə doktoru

Orvita Autizm Evi və Orvita Psixoloji Reabilitasiya mərkəzinin təsisçi direktoru




8 şərh “Biz autizmin özüyük – MÜTƏXƏSSİS YAZIR

  1. Pervin

    Tanınmış psixoloqlardan birinin müsahibəsini oxumuşdum. Deyirdi ki, autizm spektr pozuntusu diaqnozu 6 yaşı tamam olmuş uşaqlara qoyula bilər və yalnız bundan sonra diaqnoz üzrə həmin şəxsə dəstək göstərmək lazımdır. Sizcə, 6 yaş gec deyil?

    Cavabla
  2. Şəfəq Cahandar

    Uşağın müalicəsi ilkin əlamətlər aşkar edildiyi vaxtdan başlamalıdır.

    Cavabla
  3. Sabina Aliyehdarova

    Azərbaycanda son vaxtlar ciddi şəkildə kommersiya məqsədli “biz autizmi tam sağaldırıq” elanları ciddi problemlərdən biridir. Bununla bağlı heç bir elmi əsası olmadan sübutlar, əsaslar göstərilir. Tibb hələ ki, autizmin qarşısında acizdir. Autizm Spektr Pozuntusunun yüz faizli sağalması, aradan qalxması mümkün deyil. Bu kimi yalan məlumatların yayılması valideynlərin ümidləri ilə oynamaqdır.

    Cavabla
  4. Amil Aöacanlı

    Yazı daha aydın bölmələrə ayrılmalıdır, məsələn, giriş, əlamətlər, müalicə üsulları, cəmiyyətə inteqrasiya. Bu, oxucunun diqqətini daha yaxşı cəlb edər.

    Cavabla
  5. Maygül Vüqarlı

    Bəzən valideynlər düşünür ki, əgər uşaq danışırsa, əmin olur ki, uşağındakı autizm spektr pozuntusu deyil. Çünki autizm spektr pozuntusu olan insanların əsas əlamətlərindən biri nitqinin olmamasıdır. Bu doğru düşüncə deyil. Yəni nitqi olub, autizm spektr pozuntusu olan çox insanlar var. Ona görə də, nitq buna göstərici deyil”

    Cavabla
  6. Əfqan Həmidli

    Valideynlərin əksəriyyəti elə düşünür ki, uşağında Autizm Spektr Pozuntusu varsa, o həyatdan təcrid olunmuş, daim kimdənsə asılı olan, özünü tapa bilməyən bir şəxs olacaq. Bu da yalnışdır.

    Cavabla
  7. Cəmilə Eyvazlı

    Erkən yaşlarda müdaxilə edilərsə, ASP-u olan şəxsləri cəmiyyətə tam olaraq qazandıra bilərik. Doğru yanaşılarsa, düzdün metodlarla məşğul olunularsa və vaxtında üstünə düşülərsə bu uşaqlar öz yaşıdları kimi məktəbə də gedə bilərlər, yaxşı qiymətlər də ala bilərlər, müəyyən dost çevrəsi də qazana bilərlər, universitetə gedə bilərlər”.

    Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir