bosanma

Boşanma – fəlakət, yoxsa inkişaf üçün imkandır?

Baxış sayı: 189

Boşanma bir çox insanın həyatında baş verən ciddi proseslərdən biridir. Kimsə bunun asan, kimsə də çətin olduğunu düşünür. Əlbəttə ki, boşanma evlilik kimi olduqca ciddi qərardır.

Əgər ailədə uşaq varsa, bu qərarın məsuliyyəti daha da artır. Sizə məşhur bir qadın psxioloqun boşanma zamanı qeyt etdiyi bəzi faktlardan danışacağıq.

 

Fakt 1

Qorxu, çıxılmazlıq hissi: “Sən mənsiz yaşaya bilməyəcəksən”

Boşanma zamanı bizi bürüyən ilk hiss qorxu olur. Bu ani olaraq işə düşən sağ qalmaq instinktidir. İnsan bəşəriyyətin formalaşmasından bəri cəmiyyət içində yaşayır və onu tərk etmək qədim zamanlarda ölümə bərabər idi. Bundan əlavə ər və ya arvad digəri ilə manipulyasiya edə bilər. Yəni fikir yarada bilər ki, digəri ondan asılıdır və onsuz heçnə edə bilməz.

 

Fakt 2

Günah hissi – “Sən uşağı atadan məhrum edirsən” və ya “Təkcə özünü düşünürsən”

Mütəxəssis qeyd edir ki, onun valideynləri 35 ildir ki ailə həyatı yaşayır. Sözsüz ki, onların arasında da boşanma məsələsi qalxıb, lakin iş buna gəlib çıxmayıb.

Çünki psixoloji olaraq anasında belə bir düşüncə oluşub ki, qadın uşaqları üçün evliliyi nə yol ilə olur olsun qorumalıdır. Psixoloq qeyd edir ki, bu günah hissini manipulyasya yaradır. Buna görə də sizə təsir etməyə çalışan insan müəyyən edib diqqət mərkəzində saxlamaq lazımdır.

 

Fakt 3

Məsuliyyəti başqasının boynuna atmaq: “Qərarı özün vermisən, problemin də altından özün çıx”

Münasibətlərin imitasiyası həm kişinin, həm də qadının məsuliyyətidir. Biri bu oyunu oynayır, digəri təqdir edir. İztirablı münasibətlər yaşayan insanlara gec və ya tez özlərini azad hiss etmək istəyəcəklər.

Evlilikdə hər iki tərəfin razılığı olur. Bəs nəyə görə boşanma zamanı onlardan biri məsuliyyəti digərinin boynuna atmağa çalışır?

Məsələyə necə təsir edəcəyini bilmirsənsə, həqiqəti etiraf etmək ağırdır, həm də həyat yoldaşına ona qarşı hisslərin qalmadığını etiraf edə bilmirsən.

Bu zaman tərəflərdən biri özünü yeniyetmə kimi apararaq günahı digər tərəfin boynuna atmağa çalışır. Adətən bunu kişilər edir.

Fakt 4

İtkinin ağrısı

Fəlakət baş verdikdə onu yaşayıb arxada qoymaq lazımdır. Yaxın bir adamdan qopmaq isə əlbəttə ki fəlakətdir. Bunu da qəbul etmək lazımdır ki, hər aşa bildiyimiz fəlakət bizi daha güclü edir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir