qida

Bu beş tərəvəz xərçəng riskini azaldır

Baxış sayı: 459

Bəzi tərəvəzlər xərçəngin başlanğıcı və inkişafı ilə mübarizə aparmağa kömək edir.

Bu haqda rusiyalı terapevt Svetlana Nikitinanın sözlərinə görə, bəzi tərəvəzlər müxtəlif digər faydalarla yanaşı, sağlam hüceyrələrin böyüməsini təşviq edir ki, bu da xərçəng riskini effektiv şəkildə azaltmağa kömək edir.

 

Brokoli

Brokolinin tərkibində xərçəng əleyhinə xüsusiyyətlərə malik olan sulforafan var. Tədqiqatlar göstərdi ki, sulforafanın döş xərçəngi hüceyrələrinin ölçüsünü və sayını təsirli şəkildə 75 faiz azalda bilər.

Pomidor

Pomidor likopenlə doymuş tərəvəzdir, istifadəsi də xərçəng əleyhinə təsir göstərir. Xüsusilə tədqiqatçılar onun prostat xərçəngi ilə mübarizədə faydalılığından danışırlar. Amerika Xərçəng Araşdırmaları İnstitutu tərəfindən heyvanlar üzərində aparılan sınaqlar likopenin xərçəng hüceyrələrinin böyüməsini dayandırmaq qabiliyyətini nümayiş etdirib.

Sarımsaq

Sarımsaq müxtəlif araşdırmalara görə xərçəng hüceyrələrini “öldürə” bilən allisin kimi tanınan aktiv birləşmə ilə zəngindir. Alimlər sarımsağın müntəzəm istehlakını kolorektal xərçəng riskinin azalması ilə əlaqələndirərək, onun xərçəng hüceyrələrinin böyüməsini yavaşlatmaq və iltihabı azaltmaq qabiliyyətini qeyd ediblər.

Lobya

Lif və proteinlə zəngin olan lobya yemək kolorektal xərçəngdən qorunmağa kömək edə bilər.

İspanaq

Yaşıl yarpaqlı tərəvəzlər beta-karoten və lutein antioksidantlarının mənbəyidir. Antioksidanlar bədəndə sərbəst radikalların və kanserogenlərin qarşısını almağa kömək edir. Bundan əlavə, ispanaqda xərçəng hüceyrələrinin inkişafının qarşısını alan C vitamini var




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir