intihar

Dəhşətli sonun başlanğıcı və ya intihara hazırlaşanı necə tanımalı?

Baxış sayı: 614

Dünyada hər 40 saniyədə bir nəfər intihar edir. Mütəxəssislərə görə, intihar hadisələri daha çox yaz və payız fəsillərində baş verir. Bunun da müxtəlif səbəbləri var. Psixoterapevt Paşa Yaqub həmin səbəblərdən danışır.

P.Yaqub deyir ki, insan enerji (ruh) daşıyıcısıdır və ətraf mühitdən insana daim həm sabit, həm də dəyişən (neqativ) enerjilər gəlir: “Fərq ondadır ki, bəzən insanın üzərinə güclü neqativ (qara) enerji axını baş verir. Bu qara enerji ruhdakı sabit cərəyanı “dəyişən cərəyan” formasına keçirir. Beləliklə, orqanizmdə sabitlik pozulur. Bundan sonra insanda həyəcanlanma, qorxu, diksinmə, qarabasma və sair baş verir”.

“İnsan özünə qapanır, sevgisiz, həvəssiz olur, səbəbsiz ağrıları, qəlbində sıxılmalar olur, yuxuya gedərkən ayağı sanki boşluğa düşür, yaxud yüksəklikdən yıxıldığını hiss edərək oyanır. Bəzi xəstələrdə gecələr tez-tez sidiyə çıxma, yaxud həzm problemləri olur, bəziləri isə, ətrafından kölgə keçdiyini, boş otaqdan səs gəldiyini, yol gedərkən arxadan izləndiyini hiss edir. Səbəbsiz əsəbləşir və səbəbsiz ağlayır, içindəki dəhşətli sıxıntı onu intihara sövq edir” – deyə psixoterapevt bildirir.

Mütəxəssisin fikrincə, dini inanc faktoru intiharı ləngidir: “Çünki, cəhənnəm qorxusu onu bu fikirdən bir qədər daşındırır. Lakin fikir beynindən çıxmır. Orqanizmə düşən neqativ enerji güclü olduqda isə, nə dini inanc, nə də övlad sevgisi insanı intihar fikrindən daşındıra bilir”.

O vurğulayır ki, intihara hazırlaşan insanda sevgi hissi qəzəblə əvəzlənir: “Ümumiyyətlə, intihar fikrində olan insanda, bir qayda olaraq, övladlarına və yaxınlarına qarşı sevgi hissi olmur. Bu hiss onların qəlbindən silinir. Kompüterə düşən virus fayl və proqramları necə silirsə, neqativ enerji də insanın qəlbindəki məhəbbət hissini, inam hissini elə silir. Bundan sonra insan heç kəsi sevmir, əks cinsə məhəbbət hissi olmur, hamıya şübhə ilə baxır. Yaxınlarının hər bir xoş hərəkəti onu əsəbləşdirir”.

Həkimin sözlərinə görə, həkimlər, diaqnostik aparatlar belə xəstələrdəki ağrıların səbəbini tapmaqda aciz qalırlar, bu gün bir, sabah isə başqa diaqnoz qoyulur: “Nevroloqlara və psixiatrlara müraciət etdikdə, bu cür xəstələrə, əsasən sakitləşdirici, psixotrop dərmanlar yazırlar. Bu dərmanlar bir qədər sakitləşdirsə də, narkotik tərkibli və keyidici olduğundan asılılıq yaradır və beyinin fəaliyyətini getdikcə zəiflədir. Dərmanların qəbulu intihar fikrini bir qədər ləngitsə də, onları qəbul etmədikdə təkrar narahatlıq və intihar fikri yaranır”.

P.Yaqub qeyd edir ki, araşdırmalar insanda intihar fikrinin yaranmasının nə tibbin, nə də psixologiyanın qanunlarına uyğun olduğunu göstərir: “Əslində, bütün bunlar fizikanın qanunlarına uyğun olaraq baş verir və bu elmlə də aradan qaldırılmalıdır. İntiharı yaradan başlıca səbəb orqanizmdəki (ruhdakı) sabitliyin pozulmasıdır. Yəni, enerjinin “dəyişən cərəyan” formasına keçməsidir. Deməli, fizikada enerji hansı qaydada sabitləşdirilirsə, insan orqanizmində də o qaydada (həmin prinsiplə) sabitləşdirilməlidir”.

“Onu da qeyd edim ki, neqativ təsirə məruz qalmış və intihar həddinə çatmış adamlarda inam hissi olmadığından, müayinəyə özləri gəlmək istəmirlər. Bəzi hallarda yaxınları tərəfindən zorla gətirilirlər” — deyə həmsöhbətimiz əlavə edir.

Ekspert vurğulayır ki, neqativ enerji insan ruhuna bir neçə yolla yoluxur: “İntihar etmək istəyən adamlar öz planlarını, əsasən ən sakit yerdə və ən sakit vaxtda həyata keçirirlər. Əsasən gecə, yaxud səhərə yaxın, insanlar yuxuda olarkən intihar etməyə çalışırlar. Ona görə də bu cür adamları tək qoymaq olmaz. İntihar edənlər üçün ilin hansı fəsli olması, havanın necə olması o qədər də önəmli deyil. Ancaq onlar axşamüstü daha çox sıxılırlar”.

 

İradə Cəlil




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir