Həyatın çətin anlarında insanın qarşılaşdığı problemlər həqiqətən çətin və yüklü ola bilər. Lakin intihar bu problemləri həll etməz. Əksinə, həyatda qalmaq, ətrafımızdakı insanlarla güclü bağlar qurmaq və problemləri müzakirə etmək onları həll etmənin ən doğru yollarından biridir.
İntihar, həyatda qarşılaşılan çətinliklərə qarşı ani bir həll olaraq görünə bilər, amma gerçəkdə bu, bir müddətlik rahatlıqdan başqa bir şey deyil. İntihar edən şəxs bu addımı ataraq öz ağrısını sonlandırmaq istəyir, amma nəticə olaraq ətrafındakı insanlara ağrılar, kədər və qarşılanmayan suallar buraxır. İntihar yalnız həmin şəxsin həyatını bitirir, amma onun sevdiklərinə və yaxınlarına ömür boyu davam edəcək bir travma qoyur.
Bəzi hallarda intihar xəbərləri və ya başqalarının intihar etməsi, intihar etmə düşüncələrini tetikləyici ola bilər. Xüsusən də gənc yaşlarda olan insanlar bu cür halları təqlid etməyə meyilli olurlar. Medianın intiharla bağlı yanlış və məsuliyyətsiz şəkildə məlumat verməsi, bu düşüncələrin daha da genişlənməsinə səbəb ola bilər.
İnsanlar intihar etməyi düşündükləri zaman bəzən bunun yalnız öz acılarını sona çatdırmaq üçün bir yol olduğunu düşünürlər. Lakin bu düşüncə yanlışdır. Çünki intihar, həmin şəxsin ailə üzvlərini, dostlarını və yaxınlarını böyük bir travmaya, əzaba və sonsuz kədərə məruz qoyur.
İntiharın ən əsas səbəblərindən biri psixoloji və emosional çətinliklərdir. Depressiya, anksiyete, bipolar pozuntu və şizofreniya kimi psixoloji xəstəliklər insanların öz həyatlarına son vermə düşüncələrinə qapılmalarına səbəb ola bilər.
Ailə problemləri və şəxsi münasibətlərdə yaşanan çətinliklər də intihara aparan yollardan biri ola bilər. Bu, xüsusən də sevgi və ailə münasibətlərində yaşanan sıxıntılar, boşanma və ya əhəmiyyətli bir ailə üzvünün itkisi ilə əlaqədardır.
Cəmiyyət və mədəniyyət təzyiqləri də intiharın səbəblərindən biri ola bilər. Cəmiyyətdəki gözləntilər insanları müəyyən bir şəkilə uyğunlaşmağa vadar edə bilər və bu da onların özlərini kəsilmiş, uğursuz və ya dəyərsiz hiss etmələrinə səbəb ola bilər.
İntiharın artması həm şəxsi, həm də sosial baxımdan böyük bir problem olaraq qalır. Bu, yalnız fərdi bir məsələdən çox, cəmiyyətin kollektiv olaraq üzləşdiyi ciddi bir məsələdir. İntihar hadisələrinin artmasının qarşısını almaq üçün insanları daha çox dəstəkləmək, onlara həyatın çətin dövrlərində ümid vermək və psixoloji dəstək xidmətlərini gücləndirmək çox vacibdir.
Həyatın çətinlikləri ilə başa çıxmaq üçün hər zaman bir yol vardır və bu yolları tapmaq üçün dəstək almaq heç vaxt zəiflik deyil – əksinə, güclü bir addımdır.
Günel Maarifqızı
Psixoloq, ailə terapisti
Uğurlarınız davamlı olsun gözəl psixoloqumuz. Övladlarımızın reabilitasiyasını sizə ürəklə etibar edirik
Günel xanım çox təşəkkürlər bu günlərin ən vacib mövzusuna toxundunuz bu mövzuya da digər mövzular kimi biganə qalmadığınz üçün çox sağ olun
“Uğurlarınız daim olsun, müəlliməm! Fəxr edirik sizinlə 🌟”
Bizim aile psixoloqumuzdu savadli xanimdir
Uğurlarınız davamlı olsun
Uğurlariniz bol olsun❤️
Uğurlarınız bol olsun