xarici diller

Dil öyrənməyin əlverişli metodları

Baxış sayı: 569

Dil öyrənmək üçün insanda ən əsas həvəs, maraq və səbəb olmalıdır. Çox dil bilmək isə mühüm avantaj hesab olunur. Təbii ki, bu heç də asan olmur. Xüsusən də, çox dil bilmək istəyənlər  bunun daha asan və sadə yollarını axtarırlar.

 

Bəs bunun üçün  hansı qaydalara əməl  etmək lazımdır?

* Söz ehtiyatı. Dilin lüğət tərkibindən xəbərdar olmaq çox önəmlidir. Sözlərdən hər gün əzbərləməlisiniz. Müəyyən sayda söz öyrəndikdən sonra onları təkrar etməlisiniz. Bu daha yaxşı yadda qalmağa kömək edir. Lüğətlər bu məqamda sizin əsas yardımçınızdır. Sözün təkcə tərcüməsini deyil, düzgün yazılış və deyiliş qaydasını da bilmək lazımdır.

* Öyrənmək istədiyiniz dildə musiqilər dinləyin, filmlərə baxın.  Bu zaman siz bilmədiyiniz  sözləri tapıb, öyrənəcəksiniz. Bu da söz ehtiyatını formalaşdırmaq üçün köməkdir.

* Bir dilin lüğət tərkibi qədər, onun qrammatikasını bilmək də vacibdir. Lüğətlə söz ehtiyatın zənginləşir, lakin bu sözlərdən düzgün cümlə qurmaq, fikrini aydın çatdırmaq üçün  qrammatika da mühümdür.

* “Conversation club” (söhbət klubları)  burada kiçik debatlar, müzakirələr, söhbətlər edilir. Bunun nəticəsində,  tez cümlə qurmaq qabiliyyəti formalaşır.

xarici dil

* Oxumaq. Həmin dildə mətnlər oxumaq. Xüsusən də sadədən mürəkkəbə doğru artan kitablar oxumaq daha faydalıdır.

* Tələffüz. Bu həmin dilin diksiyasına uyğunlaşmağa kömək edir. Ən vacib olan isə sözlərin düzgün tələffüz qaydasını bilməkdir.

* Əgər sıfırdan başlayırsınızsa, yaxşı olardı ki,  bu zaman daha yaxşı bilən biri sizə əvvəldə tədris etsin. Onlayn dərsləri izləyin. Bir suala cavab  tapmadan digərinə keçməyin.

* Davamlı edin. Fasilə versəniz öyrəndikləriniz də yadınızdan çıxacaq. Bunun üçün də hər gün qısa da olsa həmin dili öyrənməyə vaxt ayırın.

* İşləklik. Dildən istifadə edin. Mütəmadi olaraq  gündəlik danışıqda o dildə danışın. Zaman keçdikcə bu sizdə adət halını alacaq.

 

Yaqut Ağaşahqızı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir