xerceng

Diqqət: bunlar mədə xərçəngi riskini artırır

Baxış sayı: 1. 352

Mədə xərçəngi ilə qidalanma arasındakı bağlılıq araşdırılarkən yeməkləri çox isti yemənin xərçəng riskini 3.3, çox tələsik yemənin 5.4 qat artırdığı bəlli olub.

Yeməklərə çox duz tökmək 4.2, gün aşırı duzlu ayran içmək 1.8, duzlu kərə yağı 1.5, hər gün və hər qida zamanı turşu yemək 7 qat, kolbasanın həftədə 1-2 dəfə yeyilməsi 3, həftədə 1-2 dəfə xəmir xörəyi yeyilməsi mədə xərçəngi üçün 7.5 qat risk daşıyır.

 

Yaşıl yarpaqlı tərəvəzlər mədə dostudur

Mütəxəssislər yaşıl yarpaqlı tərəvəz, soğan və sarımsağın gündə bir dəfə yeyilməsinin mədə xərçəngi riskini azaltdığını deyir. Bəslənmə şəkli, yaşam tərzinin dəyişdirilməsi və tütün istifadəsinin sonlandırılması ilə mədə xərçəngi riskini önəmli dərəcədə azaltmaq mümkündür.

 

Ən sıx rastlanan mədə xəstəliklərinin başında qastrit və xora gəlir.

Mədə xəstələrinin 50.9%-də qastrit və yüzdə 44.1%-də isə xora gəlir.

 

Siqaret və spirtli içkiyə diqqət edin!

Mədə xərçənginə tutulanların 13-23 il boyunca gündə 13-22 dəfə siqaret çəkdiyi bəli olub.

Yüzdə 55.7-si 11-23 il gündə 8-12 ədəd siqaret çəkib.

 

Çox duz mədə xərçəngini barındırır.

Yeməklərin duzlu yeyilməsi riski daha da artırır. Dadına baxmadan yeməyə duz qatılması bu riski 4.2 qat artırır.

Mədə xərçəngi riskini kolalı içki 3.4 və qazlı içkilər 6 qat daha da artırır.

Mədə xərçəngindən qorunmaq üçün turşu, hazır şorba kimi çox duz tərkibli yeməklərdən uzaq durmaq, duzsuz pendir yemək, şəkər və şəkərli qidaları mümkün olduğunca az yeyilməsi, bədən ağırlığının qorunması tövsiyə edilir. Duzlu qidaların azaldılması, tərəvəz və meyvə qəbulunun artırılması və siqareti tərgitmək lazımdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir