QIZ

Doğurdanmı, stress vəziyyətində olan qadınların qız anası olmaq şansları daha çoxdur?

Baxış sayı: 1. 427

Oğlan anası olmaq istəyən qadınların əsəbləri normada olmalıdır. İngiltərənin Oksford Universiteti alimlərinin dediklərinə görə, onların apardıqları araşdırmanın nəticələri belədir.

İngilis alimləri ana olmaq istəyən 300 qadını müşahidə ediblər. Məlum olub ki, döllənmə zamanı xroniki stress vəziyyətində olan qadınların qız anası olmaq şansları daha çoxdur. Eksperimentə cəlb edilmiş qadınların orqanizmlərində böyrəküstü vəzin ifraz etdiyi və xroniki stressin göstəricisi olan kartizol ilə beta-amilaz fermenti kimi hormonların göstəriciləri ölçülüb.

qiz

Beta-amilazanın artması insan orqanizmində adrenalinin çoxalmasına dəlalət edir ki, bu da emosional durumlarda baş verir. Eksperiment əsnasında qadınlar 58 oğlan və 78 qızı dünyaya gətiriblər. Orqanizmlərində kortizolun səviyyəsi yüksək olan qadınlarda qızlar daha çox doğulub. Ümumiyyətlə, belə qadınların qız anası olma şansları 75 faiz çoxdur.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir