kino 2

Dünyanın ən güclü beyinləri haqqında 5 bioqrafik film

Baxış sayı: 478

1) Ağıl oyunları – “A Beautiful Mind” (2001)

Nobel Mükafatı qalibi riyaziyyatçı və iqtisadçı Con Forbs Neş haqqında eyniadlı əsərə əsasən çəkilmiş “Ağıl Oyunları” filmi qəhrəmanın işindəki uğurları və psixi sağlamlığı ilə bağlı problemlərini təsvir edir.

“Ağıl Oyunları” filmində Con Forbs Neş universitet illərindən bəri halüsinasiyalar görməyə başlayır, lakin bunu hiss etmir. O, inanır ki, ruslar “Nyu-York Tayms” jurnalının üz qapağında ona şifrələnmiş mesajlar göndərirlər.

Evləndikdən sonra həyat yoldaşı şübhələndiyi üçün onu psixiatra yönləndirir və professora paranoid şizofreniya diaqnozu qoyulur. O, sağalmaq uğrunda çox çətin bir yol keçir. Nobel mükafatı aldıqdan sonra xəyalındakı vacib insana çevrilə və hörmət qazana bilir.

Ssenari bioqrafiya ilə tam üst-üstə düşməsə də, bu film dahi insanlar haqqında ortaya qoyulmuş ən maraqlı ekran əsərlərindən biridir. Con Neşin oyun nəzəriyyəsi sahəsində etdiyi kəşflər indi də gündəlik həyatımıza çox böyük təsir göstərir.

“Ağıl oyunları” filmi “Ən yaxşı film” , “Ən yaxşı rejissor” , “Ən yaxşı ikinci dərəcəli aktrisa” , “Ən yaxşı ssenari” nominasiyaları üzrə 4 Oskar mükafatına layiq görülmüşdür.

Rejissor: Ron Hovard

Baş rollar: Rassel Krou, Cennifer Konnelli, Kristofer Plammer, Ed Harris

IMDB balı: 8.2

 kino

2) İmitasiya oyunu – “The Imitation Game” (2014)

“İmitasiya oyunu” filmi II Dünya Müharibəsində Britaniya höküməti üçün almanların Eniqma kodunu deşifrə etmiş dahi riyaziyyatçı Alan Türinqin qəhrəmanlığından bəhs edir. Filmdə Türinqin mürəkkəb həyatı və 50-ci illərdə homoseksual bir kişinin yaşadığı çətinliklər də yer alır.

Alan Türinq çox istedadlı riyaziyyatçı olsa da, siyasi mühitdəki mənfi münasibətləri onun layiq olduğu yeri tutmasına mane olur. Filmin əsas hissəsi Türinqin maşınların insanları təqlid edə bilmək ehtimalını araşdırması, eyni zamanda öz həmkarlarının rəğbətini qazanmağa çalışması üzərində qurulub.

Filmin sonunda bu cümlələr səslənir:

“O, düzəltdiyi maşını heç vaxt təkmilləşdirmədi, baxmayaraq ki, “Turing Machines” adı ilə məşhurlaşan bir araşdırma sahəsi yaratdı. Bu gün biz onlara “kompüter” deyirik”.

Film “Ən yaxşı adaptasiya edilmiş ssenari” nominasiyasında Oskar mükafatına layiq görülüb. Alan Türinq rolunu canlandıran Benedikt Kamberbetç isə “Ən yaxşı baş rol aktyoru” nominasiyası üzrə Oskar mükafatına namizəd göstərilib.

Rejissor: Morten Tildum

Baş rollar: Benedikt Kamberbetç, Kira Naytli

IMDB balı: 8.0

film

3) Ağıllı Uill Hantinq – “Good Will Hunting” (1997)

Bu dram filmində Bostondan olan işçi sinfinə aid gənc Uill Hanting rolunu oynayan Mett Deymon riyaziyyat dahisi olduğu ortaya çıxan bir qapıçıdır. Masaçussets Texnologiya İnsitutunun kitabxanasında olan bütün məlumatları davamlı olaraq fotoqrafik yaddaşına yükləyən Uill günlərin birində Professor Lambonun həllinə mükafat təyin etdiyi çox çətin bir məsələni həll edə bilir. Bunu görən Dr. Mequayr və Professor Lambo Uillə onun bütün potensialını üzə çıxarmağa kömək edirlər.

Bu filmi “Yağış adam” filmi ilə müqayisə etmək olar. Sadəcə olaraq “Yağış adam” autist xarakterə malik dəyişmək istəməyən və dəyişə bilməyən bir obraz haqqındadır. “Ağıllı Uill Hantinq” isə arzuladığı halda dəyişə və çox yüksək pilləyə qalxa biləcək potensiala sahib riyaziyyat dahisindən bəhs edir.

Film “Ən yaxşı köməkçi aktyor” , “Ən yaxşı ssenari” nominasiyaları üzrə Oskar mükafatına layiq görülüb.

Rejissor: Qas Van Sent

Baş rollar: Robin Uilyams, Mett Deymon, Ben Aflek

IMDB balı: 8.3

kino 1

4) Sonsuzluğu kəşf edən adam – “The Man Who Knew Infinity” (2015)

Dev Patel və Ceremi Ayronsun baş rollarını paylaşdıqları “Sonsuzluğu kəşf edən adam” filmi hindistanlı böyük riyaziyyatçı Srinivasa Ramanucanın həyatından bəhs edir.

Film Ramanucanın nəzəri riyaziyatçı olmaq arzusu ilə yollandığı Kembricdə başına gələn hadisələr haqqında bir hekayədir. Filmdə riyaziyyatçının həyat yoldaşına olan dərin məhəbbətindən, evindən ötrü darıxdığı anlardan, İngiltərədə rasizmə düçar olması və ən maraqlısı isə ən aşağı vəzifədən qlobal səviyyədə tanınan riyaziyyatçıya qədər yüksəlməsini təsvir edir. Burada o, həm də sağlamlığı ilə bağlı problemlər yaşayır və bütün başına gələnlər onun öz əlyazmalarını nəşr etməsinə mane olur.

Cəmi 32 il ömür sürmüş dahinin ölümünə səbəb olan faktorun adicə vərəm xəstəliyi olması da çox böyük təəssüf doğurur. “Sonsuzluğu kəşf edən adam” filmi xarici tələbələrin mübarizəsinə diqqət ayırmış nadir intellektual ekran əsərlərindən biridir.

Rejissor: Mett Braun

Baş rollar: Dev Patel, Ceremi Ayrons

IMDB balı: 7.2

film 1

5) Van Qoq. Əbədiliyin qapısında – “At Eternity’s Gate” (2018)

“Əbədiliyin qapısında” rəsmi 1890-cı il rəssam Vinsent van Qoqun Fransanın Arl vilayətində öz qulağını kəsməsi səbəbilə düşdüyü psixiatrik klinikadan çıxdıqdan sonra ömrünün son günləri və faciəvi ölümü haqqında hekayədir.

Tarixdə ən böyük və nüfuzlu rəssamlardan olan Vinsent van Qoqun qıcıqlandıran şəxsiyyəti və psixi pozğunluqları onu öz müasirləri tərəfindən qəbul edilməsinə mane olub. Məşhur “Ulduzlu gecə” adlı əsərin müəllifi ölümünə qədər cəmi 2000 civarında əsər sata bilmişdi.

Ssenari real hadisələrə əsaslansa da, film tam olaraq bioqrafiya sayıla bilməz. Eyni zamanda baş rol aktyoru Uillem Defonun dediyinə görə əsas odur ki, onlar filmdə interpretasiya etməyiblər. (Mənbə: “The Hollywood Reporter”)

Uillem Defo bu filmdəki roluna görə “Ən yaxşı baş rol aktyoru” nominasiyasında Oskar mükafatına namizəd göstərilib.

Rejissor: Culian Şnabel

Baş rollar: Uillem Defo, Rupert Frend, Oskar Ayzek

IMDB balı: 6.9

(“Nevarneyox.com”)

kino 2




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir