xestelik

Dünyanın ən qorxunc 4-cü xəstəliyi – ƏLAMƏTLƏRİ

Baxış sayı: 1. 875

Xroniki Obstruktiv (tıxayıcı) Ağciyər xəstəliyinin baş hərflərindən ibarət KOAH hava yollarını daraldan və tənəffüsü çətinləşdirən xəstəlikdir. Xroniki bronxit və amfizema tərkibli KOAH da xəstələr öskürək və bəlğəmdən qısa məsafələrə qədər nəfəs darlığına kimi əlamət dəyişikliyi yaşaya bilər. Xroniki öskürəyin ən böyük səbəblərindən biri də KOAH-dır. Dünyada dördüncü ölümcül xəstəlik olan KOAH-ın əlamətlərinə görə, diaqnoz tez qoyulmadığı üçün müalicəsində gecikmələr olur.

Xəstəliyin ən başlıca səbəbi olan siqaretin atılması bu xəstəliyin inkişafının qarşısını almaqda ən mühüm silah hesab edilir. KOAH üçün istifadə edilən dərmanlar, sadəcə xəstələrin nəfəs darlığını azaltmağa kömək edir. 3 həftədən artıq öskürəyiniz davam edirsə, diqqət edin. Səbəbi KOAH ola bilər.

 

İnsan niya KOAH olur?

Xəstəliyin ən əsas səbəbi siqaretdir. Siqaret dumanı ilə hava yolları və tənəffüs kisəciklərinə zəhərli qazlar, maddələr dolur. Bu zəhərli maddələr bronx və hava kisəciklərinin toxumasını pozur və nəticədə bronxların tutulması ilə bronxit, hava kisəciklərinin korlanması ilə amfizema yaranır. Ağciyərdə yaranan tıxanma və pozulmalar nəticəsində qana oksigen daxili azalır və bədən oksigensiz qalır. Bu da ciddi xəstəliklərə yol açır.

 

KOAH siqareti atınca düzələcəkmi?

KOAH irəliləyən bir xəstəlikdir. Siqareti atınca yaranmış  fəsadların bərpa olunması çətindir. Ancaq irəliləməsini əngəlləmiş ola bilərsiniz. Siqaretin atılması KOAH-ın inkişaf riskini azaldan və irəliləməsini dayandıran tək və təsirli başlanğıcdır. KOAH müalicəsinin təməlini siqareti atmaqla qoymaq olar.

 

Əlamətləri nələrdir?

Öskürək, bəlğəm, nəfəs darlığı yaşayan xəstələrdə tənəffüs yolu müayinəsi edilir və xəstəliyin dərəcəsi müəyyən edilir.

 

KOAH-ın dərəcələri hansılardır?

KOAH-a yüngül, orta, ağır və çox ağır olmaqla 4 dərəcədə rastlanır. Çox ağır halda ürək çatışmazlığı və ayaqlarda su toplanması halı baş verə bilər. Bu xəstələrdə nəfəs darlığı o qədər kəskin bir hal alır ki, xəstə bayıra belə çıxa bilmir. Oksigen aparatına bağlı vəziyyətdə qalırlar.

 

Necə müalicə edilir?

  1. Xəstəliyin dəyərləndirilməsi və izlənməsi
  2. Risk faktorlarının azaldılması
  3. Farmakoloji yanaşmalarla müalicəsi
  4. KOAH əlamətlərində qısa müddətli pisləşmələrlə əlaqəli yaşanan aktiv alovlanmaların müalicəsi

 

Stabil KOAH-ın müalicəsi zamanı şikayətçilər bronx dərmanları qəbul edir, ildə bir dəfə qrip əleyhinə peyvənd vurdururlar. Ağır hallarda isə tənəffüslə bağlı reabilitasiya, oksigen müalicəsi, bronkoskopik qapaq yerləşimləri müalicəsi aparılır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir