film

Dünyanın ən məşhur filmlərində inanılmaz səhvlər – FOTOLAR

Baxış sayı: 2. 000

Dünyaca məşhur, milyonlarla büdcəyə malik filmlərdə belə, bəzən inanılmaz səhvlərlə rastlaşırıq. Həqiqətən bəzən bu səhvləri gördükdə heyrətə gəlirik. Bu qədər işin arasında, onlarla peşəkar insanın gözündən qaçmış səhnələr filmlərin təqdimatından sonra  böyük müzakirələrə, qalmaqallara səbəb olur.

Beləliklə, dünyanın ən məşhur filmlərində baş verən inanılmaz səhvləri təqdim edirik:

2001-ci ildə ekranlara çıxan “Üzüklərin hökmdarı” filmi bir andaca dünyanın ən məşhur filmlərindən birinə çevrilir. Lakin filmdə bir epizod var, Gandalf sehirli əsası ilə düşmənini bir anda havaya uçurdur. Lakin həmin səhnədə düşmənin necə uçduğu açıq-aşkar görünür, belə ki, aktyorun belinə bağlanmış kəndir diqqəti cəlb edir.

Снимок.JPG (37 KB)

“Böyük ürək” filmində də inanılmaz səhv gözdən qaçıb. Bütün dünyanın izlədiyi filmdə, eləcə də bütün dünyanı şoka salan səhv şapkalı kişinin epizoda girməsidir. Beləliklə şapkası ilə arxada rahat görünən kişi filmi pis vəziyyətdə qoyub.

Снимок1.JPG (36 KB)

Dünyaca məşhur “Troya” filmi. Filmdə bred Pitin başı üzərindən təyyarə keçir.

Снимок2.JPG (29 KB)

Məşhur “Şeytan” filmində isə qrim səhvi ortaya çıxıb. Zamanında hər kəsin həyəcanla izlədiyi filmdə qrim ustası aktyorun qulağını qrim etməyi unudub.

Снимок3.JPG (26 KB)

“Karib dənizinin quldurları” filmində isə bir neçə səhv kinosevərlər tərəfindən aşkarlanıb. Bir epizodda məlum olur ki, Sərçə Cek məşhur “Adidas” firmasının bandasını geyinib.

Снимок4.JPG (48 KB)

Digər epizodda isə epizoda müasir geyimli kişi görünür.

Снимок5.JPG (39 KB)

Digər səhvlər isə milyonlara büdcə malik “Titanik” filmində yaşanıb. Belə ki, bir epizodda filmi çəkən operator qapının şüşəsində görünür.

Снимок6.JPG (30 KB)

Digər epizodda isə gəminin göyərtisi görünüşcə fərqli görünür.

Снимок7.JPG (39 KB)

“Möhtəşəm Yüzil” serialında da səhvlər tamaşaçıların gözündən qaçmayıb. Bir epizodda Sultan Süleymanın arxasından radioqüllə açıq-aşkar görünür.

Снимок8.JPG (55 KB)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir