yer

Dünyanın ən maraqlı ölkə sərhədləri – FOTOLAR

Baxış sayı: 670

Bəşəriyyət mövcud olandan bu yana sərhədlər həmişə olub. Şəhər dövlətlərini, daha sonra ölkələri bir-birindən ayıran sərhədlər əsasən coğrafi şəraitə görə təyin olunur. Bununla belə, bəzi ölkələrin sərhədləri bu nöqtədə digərlərindən bir qədər fərqlənir. Gəlin dünyanın ən maraqlı ölkə sərhədləri ilə birlikdə tanış olaq.

 

Hollandiya – Belçika

Baarle-Nassau şəhəri daxilində həm Belçika həm də Hollandiya əraziləri olan bölgələr var. Şəhərdəki iki ölkəni ayıran sərhəd bir evin və kafenin ortasından keçir.

 

İsveç – Norveç

Yolumuzu şimalın soyuq bölgəsi olan Skandinaviya yarımadasına çeviririk. Svinesund körpüsü yalnız iki yolu deyil, həm də Skandinaviyanın iki vacib ölkəsi olan İsveç və Norveçi də bir-birinə birləşdirmə funksiyasına malikdir.

 

Çin – Şimali Koreya

Bu dəfə, Uzaq Şərqin iki mübahisəli ölkəsindəki bir sərhədə nəzər salaq. Çin Xalq Respublikası ilə Şimali Koreyanı birləşdirən Dostluq Körpüsü Yalu çayı üzərində yerləşir.

 

Haiti – Dominikan Respublikası

Karib dənizində yerləşən Dominikan və Haiti eyni adanı paylaşan iki ölkədir. Peyk fotoşəkilinə əsasən sərhədin solunda qalan Haitinin quru torpağı və sərhədin digər tərəfindəki yaşıl hissəsi Dominikan Respublikası diqqət çəkir.

 

Misir – İsrail

Bu dəfə yolumuz cənubda yerləşən və Afrika ilə Asiyanı ayıran nöqtə hesab edilən Sinay yarımadasıdır. Bu yarımadanın başlanğıc nöqtəsində yerləşən Misir və İsrail arasındakı sərhəd, düz bir xətt olaraq kosmosdan da diqqət çəkir.

 

Rusiya – ABŞ

Rusiya ilə ABŞ-ın Alyaska əyalətini ayıran Berinq boğazı iki ölkə arasındakı təbii sərhəddir. Berinq boğazı buzlaqlarla örtüldüyündən Asiyadan Amerikaya kütləvi köçlər olub. Bu mühacirlər bu gün hindlilərin atalarıdır.

 

Braziliya – Argentina

Bu dəfə ölkələri bir-birindən ayıran təbii bir gözəllik var. İquasu şəlaləsi Cənubi Amerika ölkələri Braziliya və Argentinanı ayıran təbii sərhəddir.

 

ABŞ – Meksika

Meksika ilə ABŞ arasındakı sərhəd dünyanın ən məşhur sərhədlərindən biridir. İki ölkə arasında olan filmlərin də mövzusu olan bu sərhəd boyunca qaçaqların keçməsinin qarşısını almaq üçün bir divar inşa edilib.

 

ABŞ – Kanada

Dünyanın ən uzun şəlaləsi olan Niaqara ABŞ və Kanada arasındakı sərhəddir. Bura həm də Kanadadakı ən turistik yerlərdən biridir.

 

Hollandiya – Almaniya

Hollandiya ilə Almaniyanı ayıran sərhəd poçt şöbəsindən keçir. Xəttin sol tərəfi Hollandiyanın, sağ tərəfi isə Almaniyanın ərazisidir.

 

Şimali İrlandiya – İrlandiya

Eyni adadakı iki ölkə uzun illərdir bu körpü ilə bir-birindən ayrılır. Mübahisəli keçmişi olan İrlandiyanı iki ölkəyə bölən bu sərhəd qapısı bölgənin ən əhəmiyyətli nəqliyyat yollarından biridir.

 

Pakistan – Hindistan

Kosmosdan çəkilən bu fotoşəkildə gecə Pakistan ilə Hindistanı ayıran işıqlı narıncı xətt gözə çarpan şəkildə görünür.

 

Türkiyə – Bolqarıstan

Bolqarıstan ilə Türkiyə arasındakı sərhəd,eyni zamanda Türkiyənin qərb tərəfindəki ən uc nöqtəsidir.

 

Şotlandiya – İngiltərə

Eyni krallığın bir hissəsi olsalar da, İngiltərə ilə Şotlandiya arasında da bir sərhəd var. Bu sərhədin tarixi Roma dövrünə təsadüf edir.

 

Portuqaliya – İspaniya

Guadiana çayı İspaniya ilə Portuqaliyanı ayıran təbii sərhəd rolunu oynayır. Fotoşəklin qarşısındakı bina uzun illərdir istifadə olunmayan Portuqaliyanın sərhəd postudur.

 

Vüsal Cahanov




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir