Koronavirus

Ekspertdən “ikinci pandemiya” XƏBƏRDARLIĞI

Baxış sayı: 751

Reabilitasiya və sağlam həyat tərzi üzrə ekspert Aleksandr Fomin hesab edir ki, koronavirusla yanaşı ürək-damar xəstəlikləri pandemiyası illərdir davam edir.

Alim ölüm səbəbləri arasında ürək-damar xəstəliklərinin əsas yeri tutduğunu deyib: “Ölümlərinin 50 faizi ürək-damar xəstəliklərinin nəticəsində baş verir. Bu, az adamın danışdığı ikinci pandemiyadır. Bəzi ölkələrdə bu rəqəm xeyli aşağıdır. Biz bunu dəyişdirməliyik”.

Reabilitasiya mütəxəssisi qeyd edib ki, ürək-damar xəstəlikləri riskini azaltmaq üçün daha çox hərəkət etmək lazımdır.

“Saatda ən azı bir dəfə qalxıb hərəkət edin, bu, ən azı bir dəqiqəlik fiziki fəaliyyət olmalıdır. Gündə 45-90 dəqiqə aktiv gəzintiyə həsr edilməlidir. Aktiv həyat tərzi üçün qaçmağa ehtiyac yoxdur, sadəcə gəzmək kifayətdir” , – Aleksandr Fomin əlavə etdi.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir