90

Əl-ayaqları daim soyuq olanların nəzərinə! – SƏBƏBLƏR

Baxış sayı: 1. 963

Soyuq fəsillərdə bəzi insanları əllərin və ayaqların daim soyuq olması narahat edir.

Hətta isti otaqda olanda, isti corab (əlcək) taxanda, gecə isti yorğanın altında yatanda da bu insanların əlləri və ayaqları “buz kimi” soyuq olur. Əgər bu hal sizi daim narahat edirsə, həkimə müraciət edin. Bu, orqanizmdə olan bəzi xəstəliklərin və pozulmaların simptomu ola bilər. “Gencaile.az”-ın saglamolun.az-a istinadən məlumatına görə, bu pozulmalar arasında:

– qan dövranı pozulmarı

– damar xəstəlikləri, varikoz xəstəliyi

– qalxanvari vəzi xəstəlikləri (hipotireoz – qalxanvari vəzinin fəaliyyətinin ləngiməsi)

– şəkərli diabet

– Reyno sindromu

– osteoxondroz

– dəmirdefisitli anemiya

– arterial təzyiqinin dəyişilməsi kimi hallar var.

Yalnız əsas xəstəliyi aşkar edib müalicə edəndən sonra siz bu xoşagəlməz simptomdan qurtula bilərsiniz.

 

Lakin bəzən insanda heç bir ciddi pozulma aşkar olunmur. Bu halda daha çox hərəkət etməyə çalışın (oturaq iş də bu pozulmaya səbəb ola bilər), yaxşı qidalanın, ayaqlar və əllər üçün kontrast vannaları (isti və soyuq suyun növbələşməsi) edin. Bu vannalar damarları da möhkəmləndirir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir