makyaj

Payızda gözəl görünmək istəyənlər, bu yazını oxuyun

Baxış sayı: 1. 384

Yeni mövsüm, yeni ay, yeni gözəllik sirləri… Artıq payızdır, havalar soyuyub, yağışlar yağır. Yeni mövsümdə bədənimizin də yenilənməyə ehtiyacı var. Saçlarınız, dırnaqlarınız, bədəniniz… Təpədən dırnağa payıza hazırlanmanız üçün Aile.lent.az-ın bu məsləhətlərinə əməl edin.

Qüsursuz qırmızı

Payızın sevimli rəngi qırmızı ilə dodaqlarınıza möhtəşəm bir görüntü qazandıra bilərsiniz. Bu sezon qırmızının tonlarına, əsasən bordoya üstünlük verin.

Seksual görünüş

Qadınların seksual görünməsinin ən böyük silahı baxımlı saçlarıdır. Saçlar üçün qulluq maskaları etməyə laqeyd yanaşmayın.

Tünd qəhvə rəngləri

Bu sezon makiyajın ən sevimli rəngi tünd qəhvə rəngləri olacaq. Əsasən göz qələmi və ənliklərinizi tünd qəhvə tonlarında seçməklə görüntünüzü tamamlaya bilərsiniz.

Eyeliner və dəri rəngi

Təbii və zərif makiyaja üstünlük vermək istəyirsinizsə, dəri rəngi dodaq boyası və eyeliner istifadə edin.

Təbii dırnaqlar

Yayın rəngarəng dırnaqlarını geridə qoyub daha təbii dırnaq rənglərinə üstünlük verin.

Əsasən nude dırnaq boyalarına üstünlük verin.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir