Gultekin Sehhet

Emosional yorğunluğun əlamətləri və onunla mübarizənin yolları - "SƏHHƏT"

Baxış sayı: 795

Emosional yorğunluq, insanın həyatında qarşılaşdığı müxtəlif stres mənbələri, daim davam edən təzyiqlər və gündəlik həyatın təkrarlanan tələbləri ilə əlaqədar inkişaf edən, psixoloji və fiziki vəziyyətdir. Bu vəziyyət, insanın özünü tükenmiş, enerjisiz və əlverişsiz hiss etməsinə səbəb olur. Emosional yorğunluq yalnız bir “yorgunluq hissi” deyil, həm də insanın ruhi sağlamlığını ciddi şəkildə təsir edən bir fenomenə çevrilir.

 

Emosional yorğunluğun əlamətləri

Emosional yorğunluğun müəyyən edilməsi bəzən çətin ola bilər, çünki onun fiziki və psixoloji əlamətləri, adətən, həyatın müxtəlif sahələrində müşahidə olunan digər vəziyyətlərlə qarışa bilər. Lakin ümumilikdə aşağıdakı əlamətləri qeyd etmək mümkündür:

Daimi yorğunluq hissi: İnsan heç bir şey etmək istəmir, sadəcə boşluq və tənhalıq hissi içindədir.

İşgüzar motivasiyanın itməsi: İnsanın əvvəlki həvəs və motivasiyası itir, hər hansı bir işə başlamaq çox çətin olur.

Cəmiyyətdən uzaqlaşma: İnsanlar sosial əlaqələri minimuma endirir, özünü insanlardan uzaqlaşdırır.

Psixoloji gərginlik və narahatlıq: Hər hansı bir hadisə və ya şərait qarşısında çox asanlıqla həyəcanlanmaq və narahat olmaq.

Fiziki simptomlar: Baş ağrıları, qida narahatlıqları, yuxusuzluq və digər bədən narahatlıqları emosional yorğunluğun fiziki əlamətləri ola bilər.

 

Emosional yorğunluğun səbəbləri

Emosional yorğunluq müxtəlif səbəblərlə baş verə bilər. Bunlar arasında:

İş təzyiqləri: Həddindən artıq iş yükü, təxirə salınmış tapşırıqlar, mütəmadi olaraq yüksək performans göstərmək məcburiyyəti və qeyri-müəyyənliklər iş mühitində emosional yorğunluğa yol açır.

Ailə və şəxsi həyatdakı gərginliklər: Münasibətlərdə yaşanan narazılıqlar, ailə problemləri və şəxsi həyatda qarşılaşılan çətinliklər.

Daimi narahatlıq və stres: Həyatda qarşılaşılan mürəkkəb vəziyyətlər və bu vəziyyətlərdən doğan daxili gərginlik.

Özünə qarşı yüksək gözləntilər: İnsan özünə qarşı mükəmməl olmağı tələb edir və buna görə də özünü daim yorğun və təhlil altında hiss edir.

 

Emosional yorğunluğun təsirləri

Emosional yorğunluq yalnız ruh halımızı deyil, həm də bədənimizi təsir edir. Bu vəziyyətin davam etməsi, fərdin psixoloji və fiziki sağlamlığını zədələyə bilər. Bəzi ciddi təsirlər bunlardır:

Depressiya və təşviş: Uzun müddət davam edən emosional yorğunluq, depressiya və təşvişin inkişafına yol aça bilər.

Fiziki xəstəliklər: Stress və gərginliyin uzun müddət davam etməsi, ürək-damar xəstəlikləri, yuxusuzluq və digər fiziki problemlərlə nəticələnə bilər.

Sosial əlaqələrin zədələnməsi: Uzun müddət emosional yorğunluq yaşayan insanlar sosial əlaqələrdən uzaqlaşır və tək qalmağı seçir.

Peşə həyatında geriləmə: İş mühitində aşağı performans, işə qarşı maraqsızlıq və təşəbbüs itkisi meydana gəlir.

 

Emosional yorğunluğun qəbul edilməsi və həlli

Emosional yorğunluq, digər psixoloji problemlər kimi, qəbul edilməli və ona qarşı mübarizə aparılmalıdır. Burada bəzi praktik addımlar atıla bilər:

Fasilələr vermək: Gün ərzində qısa fasilələr vermək, beyninizi dincəltmək və enerjinizi bərpa etmək üçün vacibdir.

Stressin idarə edilməsi: Stresslə mübarizə yollarını öyrənmək, meditasiya və nəfəs alətləri ilə rahatlamağa çalışmaq.

Sosial dəstək: Dostlarla və ailə ilə açıq söhbətlər etmək, duyğularınızı bölüşmək və özünüzü başqalarına ifadə etmək.

Fiziki aktivlik: Hər gün müəyyən bir fiziki fəaliyyət göstərmək, məsələn, yürüyüşlər etmək və ya idmanla məşğul olmaq.

Peşəkar dəstək: Psixoterapiya və ya psixoloji konsultasiya almaq, vəziyyətinizi daha yaxşı başa düşmək və ona uyğun həll yolları tapmaq.

 

Emosional yorğunluq, həyatın təbii bir hissəsi olaraq meydana gələn və hər kəsin qarşılaşa biləcəyi bir vəziyyətdir. Əgər bu vəziyyət davam edərsə və vaxtında müdaxilə edilməzsə, daha ciddi psixoloji və fiziki problemlərə yol aça bilər. Əhəmiyyətli olan, bu vəziyyəti tanımaq və ona qarşı vaxtında tədbir görməkdir. Həyat tərzində balans yaratmaq, sağlamlıq və xoşbəxtlik üçün əsas addımlardır. Hər bir insan, emosional sağlamlığını qorumaq üçün özünü diqqətlə dinləməli və ehtiyac duyduğunda mütəxəssis dəstəyi almalıyıq.

 

Gültəkin Səhhət

Psixoloq

Sensor inteqrasiya üzrə təlimçi

 

(Mütəxəssislə psixoloq_gultekinsehet adlı instagram hesabı üzərindən və həmçinin 055 224 25 90 mobil nömrəsi vasitəsiylə əlaqə saxlaya bilərsiniz.)




4 şərh “Emosional yorğunluğun əlamətləri və onunla mübarizənin yolları – “SƏHHƏT”

  1. Yaqut Həsənova

    Emosional yorgunluq son vaxtlarin en genis yayilan problemlerindendir. Ekser adamlar bundan eziyyet cekir. Bu movzuya toxundugunuz ucun cox,sag olun Gultekin xanim

    Cavabla
  2. Ülkər Qəmbərova

    Mən də elə bu yaxınlarda çox emosional yorğunluq yaşadım. İstədiyim hər işə başlamaq çətin oldu, nə qədər istədim ki, işlərimə fokuslanım, amma beynim boşluğa çəkildi. Həm də fiziki olaraq da çox yorulmuşdum.

    Cavabla
  3. Nilufər

    emosional yorğunluq yavaş-yavaş insanı boğur. Mən də hər gün işdə çox təzyiq hiss edirəm, bir tərəfdən ailə məsələləri, bir tərəfdən də işin gərginliyi insanı çox yorar. Fasilələr vermək və stresslə mübarizə yolları tapmaq çox vacibdi, cox sağ ol bu məlumatlar üçün.

    Cavabla
  4. Gülnare

    Problemler insanlari tukendirir. Adi her ne olur olsun problemlerden, caresizlikden yaranir hamisi

    Cavabla

Gülnare üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir