xestelik

Spru xəstəliyinə kimlər yoluxa bilər? – EKSPERT RƏYİ

Baxış sayı: 472

Bağırsaqlarda qidanın həzm olunmaması və həzmin pozulması spru xəstəliyi yaradır. Bu cür insanlarda qluten zülalına qarşı həssaslıq artır. Qluten turşusu isə arpa, yulaf, buğda, çovdar kimi ərzaqların tərkibində olur.

Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt, ailə həkimi Nərminə Abbasova deyir ki, xəstəlik zamanı orqanizmdə bəzi maddələrin çatışmazlığı yaranır. O, şişkinlik, ishal, halsızlıq, anemiya, sümüklərin zəifləməsi, qaraciyər xəstəlikləri ilə özünü büruzə verir. Uşaqlarda isə bu xəstəlik boy artımında fəsadlara, iştahasızlığa və qarında şişkinlik kimi hallara gətirib çıxarır.

Nermine Abbasova

Nərminə Abbasova onu da deyir ki, xəstəliyin əsas əlamətləri yuxululuq, yaddaşın zəifləməsi, ürəkbulanma, qusma, davranış pozğunluğudur. Buna görə də xəstəliyin qarşısını mütləq erkən almaq lazımdır.

Spru xəstəliyinə qaragilənin kömək etdiyini də vurğulayan terapevt aşağıdakı respepti oxucularımıza təqdin etdi:”3 xörək qaşığı qaragilə meyvəsindən götürüb, 2 stəkan qaynar suya töküb, dəmləyin. Bu qarışıqdan çay kimi içmək spru xəstəliyinin qarşısını alır. Başınağacı meyvəsindən yarım stəkan götürüb, 0,5 litr isti suya töküb, 10 dəqiqə qaynadın. Sonra kənara qoyub soyudun. Üzərinə 3 xörək qaşığı bal töküb, gündə 2 dəfə için. Spru xəstəliyi zamanı güclü pəhriz saxlamaq lazımdır. Xəstə şəkər tozundan, lobyadan, yağdan, ağartı məhsullarından uzaq olmalıdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir