stress

Enerjimizə ciddi təsir edən 4 sadə vərdiş

Baxış sayı: 1. 125

Yuxudan durduqdan sonra yatağınızı düzəldirsiniz? Birinci baxışda bu əhəmiyyətsiz görünür. Lakin bionergetiklər iddia edir ki, yastıq və yorğanı səliqə-səhmana salmaq həyatımıza həqiqətən təsir edir.

Kiçik fəaliyyətlər bizə özümüzü daha inamlı hiss etməyə imkan verir. Dünya bütün xaosa bürünmüş kimi görünsə belə, gündəlik ayinlər bir insana yalnız rahatlıq hissi vermir, həm də nəzarəti hissini gücləndirir. Əslində, hər birimiz düşündüyümüzdən daha çox gücə sahibik.

Aşağıda gündəlik həyatı asanlaşdırmaq üçün əhəmiyyətli bir neçə ipucu verilib.

 

1. Səhər yeməyini gözəl masa arxasında edin. İş masası, metro və ya avtomobildə deyil. Mümkün qədər tez yeməyə çalışmaqla bədənin ehtiyaclarının şüurlu şəkildə təmin olunmasına daha az vaxt sərf edirsiniz. Lakin bu zaman bədən həzm prosesinə daha çox vaxt və enerji sərf edir. Hətta bir fincan çay və ya qəhvə böyük fərq yaradır! Rahat orutub çayınızı için, yeməyinizi yeyin və andan zövq alın.

 

2. Bütün cihazların ekranını silin. Telefon və planşetin ekranını sonuncu dəfə nə zaman sildiyinizi xatırlayırsınız? Bütün gün süni işığa baxmağa məcbur olan gözlərinizə hörmət edin. Telefonda və kompüter önündə keçirdiyiniz saatlar sizə daha xoş gələcək. Telefonun ekranı çatlayıbsa, onu təzəsi ilə əvəz edin. Çatlamış ekran gözəl görünmür və bunun necə baş verməsi mümhüm deyil.

 

3. İstirahət üçün vaxt ayırın. Gün ərzində istirahət üçün özünüzə vaxt ayırın. Əgər bu vaxtı kimsə sizi narahat edirsə, ona əlinizdə tutduğunuz çay fincanını göstərib gülümsəyin. Bu, onu ifadə edir ki, “İndi yox”. Hərdən öz qayğımıza qalmalı və yenilənmək üçün bizə noutbuklardan daha çox vaxt lazım olur.

 

4. Yatmazdan əvvəl özünüzü öyün. Şüuraltında sorğu-sualsız heç vaxt yatağa girməyin. Şüuraltı insan yuxuda olarkən belə işləməyə davam edir, onun üçün edə biləcəyiniz ən yaxşı sorğu daimi etiraflardır.

Yatmazdan əvvəl kitabı bağlayıb işığı söndürün və özünüzə bu sualı verin: Bu gün özümdə ən xoşuma gələn şey nə oldu? Günün necə keçməsindən asılı olaraq cavablarınız fərqli ola bilər. İstənilən halda özünüzü öymədən yuxuya getməyin. Bu ritualı hər gün yerinə yetirsəniz, həyatınızda xoş hadisələr çoxalacaq.

Enerji artımını yeniləmək və günün daha səmərəli olması üçün bir neçə dəqiqə davam edən kiçik bir çox rituallar var. Siz bütün dünyaya nəzarət edə bilməzsiniz, ancaq sizə aid olan sonsuz sayda məşğuliyyətləri idarə etməyi öyrənmək üçün imkanınız var. Bəlkə adi yatağı yığışdırmaq belə əhvalınıza müsbət təsir edə bilər, ən pis gündən sonra evə gələndə, səliqəli otaqla qarşılaşacaqsınız. O zaman yatmazdan öncə özünüzü öyün.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir