evlilik

Evli cütlüklər arasında yaş fərqi sağlamlığa zərər vurur – ARAŞDIRMA

Baxış sayı: 1. 461

Britaniyalı alimlər ərlə arvad arasında yaş fərqinin sağlamlığa mənfi təsirini üzə çıxarıb. Britaniya mətbuatının yazdığına görə, mütəxəssislər yaş fərqi çox olan zaman cütlüyün bir-birini daha pis başa düşdüyü, nəticədə ailədə daha çox stress yaşandığı qənaətinə gəliblər. Araşdırmalar nəticəsində müəyyən olunub ki, ər arvaddan maksimum 12 yaş böyük olmalıdır. Əksinə, qadın kişidən böyükdürsə, bu, maksimum 8 yaş olmalıdır.
Rusiyalı mütəxəssislər isə fərqli düşünür. Məsələn, psixoloq Artur Qaraqanov hesab edir ki, xüsusilə böhran dövründə kişilər daha çox yaşlı qadınla yaşamağa üstünlük verir: «Çünki bu halda qadın kişinin qeydinə qalan ananı xatırladır».