Ev

Evli insanların yataq otağı necə olmalıdır?

Baxış sayı: 1. 695

Yataq otağı evli insanlar üçün çox vacib məkanlardan biridir. Cütlüklərin də birlikdə ən çox zaman keçirdikləri yer məhz  yataq otağıdır. Yataq otağının cütlüklərin sağlam  yuxu ilə təmin olunmasında  rolu böyükdür. Həmçinin yataq oataqları evdə ən çox diqqət çəkən yerlərdən biridir.

Otağınız böyükdürsə, onu daha maraqlı hala gətirmək imkanınız daha böyükdür. Otağın rənginə uyğun olan kitab rəfi daha maraqlı edə bilər. Kitablarınızı və əşyalarınızı saxlaya biləcəyiniz kitab rəfi sizə çox lazım olacaq.

Yatağınız mebelinizin rənginə uyğun deyilsə, onun başlığını dəyişdirə bilərsiniz. Həmçinin otaqdakı pərdələrin və yastıqların otaq ilə uyğunluğu çox vacibdir. Hamısın eyni rəngdə olması vacib deyil, əsas odur ki, uyğun olsunlar.

Otaqdakı güzgülər də vacib aksessauralardan biridir. Makiyaj ləvazimatların əsas məkanı da məhv güzgünün rəfləridir. Çalışın güzgünün üstünü fərqli detallara bəzyin, bu daha maraqlı olacaq.

Yataq otağının ayrılmaz detallarından biri də lampalardır. Gözəl bir lampa otağınızı daha da işıqlandıracaq.

Otağa maraqlı və romantik tablolar da yerləşdirə bilərsiniz.

Divar rəngində isə açıq rəngləri seçməlisiniz. Çünki günün yorğunluğunu bu otaqda atacaqsınız. Qırmızı rəng isə cütlüklər arasında gərginlik yaradır. Bu rəngdən qətiyyən istifadə etməyin.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir