aile

Evlilikdə xoşbəxt olmadığınızı göstərən 4 əlamət

Baxış sayı: 600

Evlilikdə yaşanan problem bir müddətdən sonra münasibətlərə ziyan vurur. Buna görə evlilik həyatında cütlüklərin bir-birinə lazımi səbri, qayğını və diqqəti göstərmələri vacibdir. Belə olmayan halda ikili arasındakı münasibəti pis sonluq gözləyir.

“Gencaile.az” saytı Türkiyə mətbuatına istinadən evlilikdə xoşbəxt olmadığınızı göstərən bir neçə əlaməti təqdim edir: 

aile

Paylaşımların dayanması 

Həyatınızla bağlı vacib hadisələri həmişə həyat yoldaşınızla bölüşmək istəyirsiniz. Amma artıq hər hansı bir vəziyyəti və ya dəyişikliyi həyat yoldaşınızla paylaşmağa həvəs qalmayıbsa, hətta bunu istəmirsinizsə, deməli, burada ciddi bir problem var.

aile

Qarşı tərəfin hərəkətlərindən narahat olmaq 

Həyat yoldaşınızın hər hərəkəti sizi narahat edirsə, evliliyinizi yenidən nəzərdən keçirməlisiniz. Daha əvvəl gözünüzə görünməyən xırda şeylər artıq sizdə qıcıq yaradırsa, bu, yoldaşınıza qarşı baxışınızın dəyişdiyini göstərir.

aile

 

Müzakirələr ciddi davalara çevrilir 

Hər evlilikdə fikir ayrılıqlarının və mübahisələrin olması təbiidir. Problemlərinizi sakit şəkildə həll etmək əvəzinə mübahisə edirsinizsə, bu sizə və münasibətinizə zərər verəcək. Buna görə də, razılaşmadığınız və ya narahat olduğunuz şeyi partnyorunuzla sakitcə paylaşın.

aile

Ayrı həyatlar yaşayırsınız 

Həyatınızda hər hansı qərarı alarkən artıq yoldaşınızla məsləhətləşmirsinizsə, deməli, aranızda soyuqluq var. Artıq qarşı tərəfin qərarlarınıza dəstək olub olmamanızı önəmsəmirsiniz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir