aile

Evliliyin davam etməyəcəyini göstərən 8 əlamət

Baxış sayı: 203

Münasibətlərə dair ən yaxşı məsləhətləri boşanma vəkillərinə etibar edin. Axı onlar hər gün birinci cərgədə cütlüklərin ayrılmasına səbəb olan dramları izləyirlər. Bu məqsədlə boşanma vəkillərindən ər-arvadın boşanma ehtimalının ən bariz əlamətlərinin nə olduğu barədə məsləhət istədik.

 

1)Cavab verməməklə reaksiyalarını göstərirlər

Cütlüyün davadan sonra susaraq reaksiya verməsi pis əlamətdir. Bəli, mübahisə münasibət üçün normaldı, lakin mütəmadi olaraq mübahisələr ciddiləşərsə və nəticədə tərəflər susarsa, bu, uzunmüddətli perspektivdə zərərlidir.

 

2) Cinsi həyatları durğundur

Bəli, elə münasibətlər var ki, cinsi əlaqə olmadan da davam edir. Ancaq boşanma vəkillərinin müştərilərdən illərdir cinsi əlaqədə olmadıqlarını eşitmələri qeyri-adi deyil.

 

3) Ortaq cəhətləri azdır

Tərəflərdən biri ekstravert xarakteri ilə səhərin ilk işığına qədər çöldə əylənməyi, digər tərəf isə saat 19:00-da isti vanna qəbul etdikdən sonra oturub kitab oxumağı xoşlayırsa, bu cütlüyün uzun müddət evli qalması mümkün deyil.

ailə və karyera

4) Karyera, hər zaman ailədən əvvəl gəlir

Bir tərəfin öz karyerasını hər şeydən, o cümlədən münasibətdən üstün tutması böyük bir problemdir. İnsanlar evlilikdən əvvəl müəyyən məsələlərdə razılığa gəlsələr də, nəticə adətən dəyişmir. Tərəflərdən biri karyera məqsədlərini münasibətlərindən üstün tutduqda, hətta ən güclü əlaqələr də zamanla çürüməyə məcburdur.

 

5) Bir-birilərini aşağılayırlar

Aşağılama kimi davranışlar evliliyin zamanla tükənəcəyinə işarədir. Xoşbəxt evlilik, fikir ayrılıqlarını qarşı tərəfin axmaq olmasının əlaməti kimi qəbul etməklə deyil, qarşılıqlı hörmətlə əldə edilə bilər.

 

6) Bir-birlərinin sevgi dillərinə hörmət etmirlər

Tərəfdaşının sevgi dilini bilmək – digər insanın sevgini hiss edə biləcəyi yollardan xəbərdar olmaq – uzun bir evlilik üçün vacibdir. Cütlüklər bir-birlərini sevsələr də, sevgi dilləri fərqli olduqda, sevildiklərini hiss etməyə bilərlər. Məsələn, tərəflərdən biri kömək etməklə və ya hədiyyə almaqla sevgisini göstərirsə, qarşı tərəf isə bunu şifahi şəkildə, toxunaraq və ya birlikdə vaxt keçirməklə alırsa, sevgi tam ifadə olunmaya bilər.

aile budcesi

7) Xərclər barəsində dürüst deyillər

Evlilik ortaqlıqdır və tərəflər ailənin maliyyə məsələlərində bir-birlərinə güvənməyi bacarmalıdırlar. Gəlirlər bölündükdə, hər iki tərəf üçün xərcləri çox qiymətləndirmək asandır. Cütlük ayrı və ya birgə hesaba sahib ola bilər; lakin, pulun necə xərcləndiyi və ya qənaət edildiyi ilə bağlı şəffaflıq olmadıqda, ev almaq və ya pensiyaya çıxmaq kimi maliyyə məqsədlərini təyin etmək və ya onlara nail olmaq demək olar ki, mümkün deyil.

 

8) Heç vaxt mübahisə etmirlər

Bir çox insan gerçəyi ört basdır edərək və ya ağıllarından çıxmayan bir şeyi görməzdən gələrək problemli vəziyyətlərdən uzaq qalmağa çalışır. Bu, sonda incikliyə səbəb olur. Digər insan sizin ən yaxşı dostunuz, sirdaşınız və sevgilinizdir. Ona hər şeyi deməyi bacarmalısan. Evlilik bağını pozmadan bir-birinizin şərhlərini qəbul etməyi bacarmalısınız.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir