Feyxoa

Feyxoanın insan sağlamlığına faydaları

Baxış sayı: 364

Adam olmaz ki, cənub bölgəsinin incisi olaraq dillərə düşən feyxoa meyvəsini sevməsin. Bu sevgiyə dəyər. Çünki feyxoa ləzzətli, dadlı meyvə olduğu kimi, insan sağlamlığına da faydası çoxdur. Əsasən zob xəstəliyin qənimidir. Onu yemək, eləcə şirəsini içmək bu xəstəliyin inkişafına mane olur. 1 kiloqram təzə feyxoada 2 milliqramdan 10 milliqrama qədər yod vardır. Məhz buna görə də insan orqanizmdə yod çatışmazlığı nəticəsində yaranan hər bir xəstəliyə onunla çarə tapmağa dəyər.

İndi cənub bölgəsində zob xəstəliyini feyxoadan alınan məhlul ilə müalicə etmək geniş yayılıb. Məhlulun hazırlanma qaydası da çox asandır. Belə ki, 1 kiloqram şəkər tozunu həmin miqdarda feyxoanı ət çəkən maşından keçirib şüşə qaba tökürlər. Feyxoa şirəsini tam buraxandan sonra hazır məhluldan səhər və axşam hər dəfə 1 xörək qaşığı qəbul edilir. 10 gün qəbul edib, 10 gün ara verməklə müalicəni aparmaq zoba son qoyur.

Stenokardiya xəstəliyin müalicəsində feyxoanin xeyri vardır. Ateroskleoz zamani isə xəstəliyin inkişafını ləngidir, damarlara elastiklik verir. Həmçinin bu meyvəni yeməklə arterial təzyiq qaydaya düşür, insanın immun sistemi möhkəmlənir, bağırsaqların fəaliyyəti yaxşılaşır. Eyni zamanda feyxoadan hazırlanan çay soyuqdəymənin dərmanıdır. Belə ki, qabıq qarışıq 3 feyxoa doğranıb üzərinə bir stəkan qaynar su əlavə olunur. 20 dəqiqə dəmə qoyduqdan sonra 1 çay qaşığı bal əlavə edilib içilir. Belə dəmləməni gün ərzində iki-üç dəfə qəbul etmək lazımdır. Onun yarpaqlarını qaynar suda dəmləyib qarqar etdikdə diş ağrisinin qarşısını alır. Eləcə damaqların iltihabı, qanaması zamanı yaxşı effekt verir.

Feyxoanın daha bir xüsusiyyəti odur ki, ətində və xüsusilə də qabıqlarında “katexin”, “antosinlər” fenol birləşməsi çoxdur. Bu güclü antioksidantlar olmaqla xərçəng xəstəliyinin profilaktikası üçün çox vacib olan maddədir.

Onu da bildirim ki, feyxoa meyvəsi on doqquzuncu əsrdən elmə məlumdur. Təbiətşünas alimi Joao da Silva Feyxounun kəşfidir. Onun şərəfinə bitkiyə feyxoa adı verilib. Biz də isə bu gözəl və xeyirli meyvə cənub bölgəsində yetişir.

 

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir