yemeye ne var

Göbələkli püre belə hazırlanır – “YEMƏYƏ NƏ VAR?”

Baxış sayı: 502

Püre asan bişirilən yeməklərdən biridir. Çox adam pürenin sadəcə kartofdan ibarət olduğunu düşünür. Amma bu yanlış fikirdir. Belə ki, ona bir çox başqa tərəvəzlər də əlavə oluna bilər. Bunlardan biri də göbələkdir.

Beləliklə, “Gencaile.az” saytının “Yeməyə nə var?” rubrikasında inanılmaz dadlı olan göbələkli pürenin necə hazırlanmasından bəhs edəcəyik.

 

Lazım olan ərzaqlar: 

 

Təxminən bir kiloqram kartof;

İki soğan;

Bir yarım stəkan tərəvəz suyu;

Üç yemək qaşığı un;

1 qaynadılmış çuğundur;

5 xörək qaşığı krem;

Bir qaşıq xardal;

Çay qaşığının yarısından hil;

Təxminən 30 qram kərə yağı;

250 qram göbələk;

İstəyə görə duz və ədviyyatlar.

gobelekli pure

Bişirmə üsulu 

Kartofu tam bişənə qədər suda qaynadın. Bir qabda bitki yağını qızdırın və bir ədəd doğranmış soğanı qızardın. Bir neçə dəqiqədən sonra unu əlavə edib qarışdırın. Sonra qovurma qabını sobadan çıxarmaq və tədricən bütün tərəvəz bulyonu əlavə etmək lazımdır. Lazım gələrsə duz əlavə edin. Orta ölçülü kublara doğranmış qaynadılmış çuğundur əlavə edin. Qaymaqla hili də oraya tökün. Yaxşıca qarışdırıb qazın altını söndürün.  Ayrı bir qabda doğranmış göbələkləri ikinci soğan ilə yağda qızardın. Kartof hazır olduqdan sonra suyu boşaldın, üzərinə ilıq süd əlavə edin və püreni də tökün.   Sonra üzərinə sousu töküb, çuğunduru təxminən ortasına qoyun və soğan ili qızardılmış göbələkləri əlavə edin.  Bu zaman sobanı hazır vəziyyətə gətirin. Püreni 190 dərəcə istilikdə yarım saat bişirin. Dadından çox razı qalacaqsınız.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir