qadin

Gözləriniz sağlamlığınız haqda nə deyir? – Bunları bilmək VACİBDİR

Baxış sayı: 1. 444

Deyim var ki, gözlər qəlbin aynasıdır. Bütün duyğularımızı, sirli arzularımızı məhz gözlərimiz ələ verir. Sən demə, gözlər həm də vücudumuzun aynasıdır. Mütəxəssislər düşünür ki, xəstəliklərimizin əlamətlərini anlamaq üçün artıq həkimə ehtiyac qalmayacaq.

“Gencaile.az”-ın “Publika.az”-a istinadən bu məqaləsindən sonra, güzgüdə gözünüzə baxıb, xəstəliklərinizi müəyyən edə bilərsiniz.

 

1. Qaşların tökülməsi

Qida maddələrinin çatışmazlığı, stress, qalxanvarı vəzin xəstəlikləri

2. Gözün qızarması

Yuxu çatışmazlığı, məkanın yanlış işıqlandırılması

3. Gözün ağ təbəqəsinin saralması

Öd kisəsi və qaraciyərdə yaranan xəstəliklərə, o cümlədən hepatitə işarədir.

4. Göz altında şişkinlik

Stress, yorğunluq, gecə saatlarında qəbul edilmiş maye, ürək-sinir və ya sidik sisteminin fəaliyyətində yaranmış problem

5. Alt göz qapağının göyərməsi

Ürək-damar sisteminin fəaliyyətində pozğunluq, stress

6. Göz qaralması, baş gicəllənməsi

İnsult (beyində qan dövranının kəskin pozulması)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir