toy

Evlilik təklifi anından toya qədər sizi nələr gözləyir?

Baxış sayı: 1. 632

Toyunuza doğru sürətli addımlarla irəliləyərkən nələrlə qarşılaşacağınızı bilirsinizmi? Bəs evlənmə təklifi aldıqdan sonra toy planlamasına necə başlamalı?

Evlənirsinizsə, deməli, yeni bir həyatınız və ailəniz olacaq. Bu, sevdiyiniz insanın yaxınlarının artıq sizin də yaxınlarınız olacağı anlamına gəlir. Bu müddət həm də sizin yeni qohumlarınızı tanıma, isti münasibətlər qurma dönəminizdir. Həmçinin, evlilik ərəfəsində ailədaxili anlaşmazlıqların öhdəsindən necə gəlməli olduğunuzu da öyrənməlisiniz. Bu zaman “Nə çox yaxın, nə çox uzaq” qanunu sizin köməyinizə gələcəkdir.

Əvvəla, qeyd edək ki, elə də çox romantik xəyallara qapılmamalısınız. Toy planlamaq, bir-birinə yad olan iki ailəni və dost çevrəsini bir yerə gətirib əylənmələrini təmin etmək heç də asan bir iş deyil. Toyun təşkili, geyim və aksessuarların alınması, yeni evin qurulması həm zaman, həm də təcrübə gərəkdirən məqamlardır.

Nəzərə almalısınız ki, təkcə siz yox, gələcək həyat yoldaşınız da ən az sizin qədər yorulacaqdır. Bu səbəbdən də yorulduğunuzu hiss etdiyinizdə özünüzü daha da yormaqdan çəkinin. Kiçik fasilələr həm sizin yorğunluğunuzu alacaq, həm də daha yaxşı qərarlar qəbul etməyinizə kömək edəcəkdir.

Bilməlisiniz ki, qarşı tərəfin toy təşkil etmə mərhələsində ən çox sizə ehtiyacı vardır. Onun fikirlərini diqqətlə dinləməli və anladığınızı bildirməlisiniz. Ortaq alacağınız qərarlar istiqamətində ortaya möhtəşəm bir toy çıxacaqdır. Bu ərəfədə pozitiv olmağa çalışmalısınız. Sevginizi göstərmək üçün səbəb axtarmayın və uzlaşmağa çalışın.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir