Lookingforajob3

Qərb Universiteti müəllimlər üçün VAKANSİYA elan edib

Baxış sayı: 1. 406

Aparılan struktur dəyişiklikləri və yeni açılan ixtisaslarla əlaqədar olaraq, Qərb Universiteti aşağıda qeyd olunan fənlər üzrə daimi əməkdaşlıq məqsədilə müəllimlər üçün müsabiqə elan edir:

 

  • İngilis dili və ədəbiyyatı kürsüsü üzrə
    1. İngilis dili
    2. İngilis dilinin tarixi
    3. İngilis dilinin semasiologiyası

 

  • Tərcümə kürsüsü üzrə
    1. Tərcümə
    2. Kompüter tərcümə proqramları
    3. Tərcüməşünaslıq
    4. Tərcümə üslubları

 

  • Azərbaycan dili və ədəbiyyatı kürsüsü üzrə
    1. Azərbaycan dili və nitq mədəniyyəti
    2. Qədim türk dili
    3. Latın dili

 

  • İqtisadiyyat kürsüsü üzrə
    1. İqtisadiyyat
    2. Dünya iqtisadiyyatı
    3. Beynəlxalq biznes
    4. Sahibkarlıq fəaliyyəti

 

  • Menecment kürsüsü üzrə
    1. Logistika
    2. Otel təsərrüfatı
    3. Biznes proseslərinin reinjinirinqi
    4. Risklər və onların idarəedilməsi
    5. Kreativ və innovasiya menecmenti
    6. Turizm statistikası

 

  • Maliyyə və mühasibat uçotu kürsüsü üzrə
    1. Maliyyə bazarları və institutları
    2. Beynəlxalq bazarlar
    3. Qiymət və qiymətləndirmə
    4. Maliyyənin müasir problemləri
    5. BİM-də maliyyə problemləri
    6. İdarəetmə uçotu

 

  • Politologiya və beynəlxalq münasibətlər kürsüsü üzrə
    1. Azərbaycanın siyasi təlimlər tarixi
    2. Etnopolitologiya
    3. Azərbaycan Respublikasının milli təhlükəsizliyinin əsasları
    4. Demoqrafik siyasət
    5. Sosiologiya
    6. Konfliktologiya
    7. Azərbaycanın müstəqilliyi uğrunda əsas istiqamətlər
    8. Beynəlxalq siyasi konfliktologiya
    9. Böyük Britaniya beynəlxalq münasibətlər sistemində

 

  • Tarix və fəlsəfə kürsüsü üzrə
    1. Azərbaycan tarixi
    2. Fəlsəfə
    3. Asiya və Afrika ölkələrinin tarixi
    4. Türk xalqlarının tarixi

 

  • Pedaqogika və psixologiya kürsüsü üzrə
    1. Beyin, psixika, psixiki inkişaf

 

  • Memarlıq kürsüsü üzrə
    1. Memarlıq konstruksiyaları

 

  • Dizayn kürsüsü üzrə
    1. Material, texnika və texnologiyası

 

  • Kompüter elmləri kürsüsü üzrə
    1. Proqramlaşdırmanın əsasları
    2. Alqoritmlərin analizi və işlənməsi

 

Namizədlərə qarşı irəli sürülən tələblər:

– Müvafiq sahə üzrə iş təcrübəsi
– Dərslərin təşkili zamanı innovativ və müasir üsullardan istifadə bacarığı
– Elmi-tədris işləri ilə bağlı sənədlərin düzgün və vaxtında hazırlanması
– Komandada işləmək bacarığı
– Müvafiq sahə üzrə elmi dərəcə, həmçinin ingilis və rus dili biliyinin olması arzu olunandır.

 

Maraqlanan şəxslərdən CV-lərini 10.08.2017-ci il tarixinədək administration@wu.edu.az elektron ünvanına göndərmələri xahiş olunur.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir