tecili yardim cantasi

Hər evdə olmalı təcili yardım çantası – Nələr daxildir?

Baxış sayı: 439

Hər bir evdə tibbi yardım çantasının olması mütləqdir. Hər an narahatlıq hiss edə bilərik, hərarətimiz, qan təzyiqimiz qalxa bilər, travmalar ala bilərik. Belə olan hallarda özümüzə ilk yardım göstərməliyik.

Mərkəzi Gömrük Hospitalının Təcili Yardım şöbəsinin rəisi, təcili yardım həkimi Nərgiz Kərimova bildirir ki, hər hansı sağlamlıq problemlərinə rast gəlindikdə köməyimizə əlimizin altında olan tibbi yardım çantaları gəlir.

“Bu səbəbdən hər bir evdə tibbi yardım çantasının olması mütləqdir”, – deyə həkim bildirir.

O, qeyd edir ki, təcili yardım çantasına steril bint, elastik bint, pambıq, jqut, plasterlər daxil edilməlidir. Bundan başqa, çantada yanıqlar zamanı effektiv olan pantenol, 3 faizli perekis məhlulu, dezinfeksiya üçün spirt məhlulu da yer almalıdır.

Həkimin sözlərinə görə, təcili yardım çantasında qrip əleyhinə vasitələr, eləcə də burun damcılarının olması da tövsiyə edilir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir